Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT təcili toplaşır

Netanyahunun açıqlamasına görə...

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclası keçiriləcək.

Buna səbəb İsrailin baş naziri Benyamin Netanyahunun İordan vadisi və Ölü dənizin şimalında suveren hüquqlarını bərqərar edəcəkləri barədə verdiyi açıqlamadır.

Səudiyyə Ərəbistanının müraciətinə əsasən İsrailin “təcavüzkar mövqeyinə qarşı islam dövlətlərinin səylərini birləşdirmək” üçün belə bir görüşün keçiriləcəyi İƏT baş katibi Yusif bin Əhməd Əl-Osaymini tərəfindən təsdiq olunub.

İsrail baş nazirinin bu bəyanatını qəti şəkildə pisləyən İƏT onu “Fələstin xalqının hüquqlarına qarşı növbəti hücum, BMT-nin Nizamnaməsinin və müvafiq qətnamələrinin, habelə beynəlxalq hüquq normalarının pozulması” olaraq dəyərləndirir.

Qeyd edək ki, Qərbi Sahil ərazisinin 30 faizini təşkil edən adıçəkilən bölgədə hazırda 65 minədək fələstinli və 11 minədək israillinin yaşadığı bildirilir. (Report)

pia.az


Etiket: İƏT iclas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar