Bazar ertəsi, 24 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İƏT-in Aşqabad sammiti... - Alınan qərarların Azərbaycana hansı siyasi və iqtisadi təsirləri olacaq?

Sammitin ən diqqət çəkən hadisələrindən biri də Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanması olub...

Politoloq: “İqtisadi Əməkdaşlıq Təşkilatının bu sammiti uğurla başa çatdı. Azərbaycan prezidentinin sammitdə çıxışı, eləcə də bir sıra dövlət rəhbərləri ilə görüşü sözün həqiqi mənasında həm geosiyasi, həm də geostrateji cəhətdən Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir”.

İran prezidenti ilə olan görüş xüsusilə diqqət çəkdi. Çünki Azərbaycanla İran arasında olan gərginlik hələ tam aradan qalxmayıb. Amma Aşqabadda Azərbaycanİran prezidentlərinin görüşündə çox ciddi və səmimi siyasi iradənin şahidi olduq”.

Bu sözləri politoloq Qabil Hüseynli İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən zirvə toplantısını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Sammitinin yekun Bəyannaməsində Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb. Sənəddə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır. Həmçinin İƏT-ə üzv dövlətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə qoymaq imkanlarını araşdıracağı qeyd edilir.

Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev bir sıra dövlət başçıları ilə iki tərəfli görüşlər də keçirib. Onların arasında İran prezidenti İbrahim Rəisi də olub. Sammitin ən diqqət çəkən hadisələrindən biri isə Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanması olub. Müqavilə Azərbaycan Prezidenti İlham Əliyevİran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.

Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən zirvə toplantısını yeni geosiyasi şərtlər çərçivəsində necə dəyərləndirmək olar? İƏT-in aldığı qərarların Cənubi Qafqaz regionuna hansı siyasi və iqtisadi təsirləri ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.Q

Qabil Hüseynli: “Görüş zamanı türkmən qazının İran üzərindən Azərbaycana göndərilməsi barədə sənəd imzalandı. Bu çox mühüm və əhəmiyyətli sənəddir”.

Türkəmən qazının TANAP layihəsi ilə birləşəcəyini və qazın sahibinin Türkmənistan olacağını bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan yalnız o qazın nəqlində tranzit xərcləri alacaq:

“Sözsüz ki, İqtisadi Əməkdaşlıq Təşkilatının bu sammiti uğurla başa çatdı. Azərbaycan prezidentinin sammitdə çıxışı, eləcə də bir sıra dövlət rəhbərləri ilə görüşü sözün həqiqi mənasında həm geosiyasi, həm də geostrateji cəhətdən Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir. Məsələn Türkmənistan prezidenti ilə görüşdə Türkmənistan prezidenti bildirdi ki, Azərbaycanın zəfərlə başa çatan Vətən müharibəsi xarici işlər nazirlərinin yekun bəyanatına salınıb. Özü də konsensus yolu ilə, yəni hamının razılığı ilə qəbul edilmiş bu qərar önəmli əhəmiyyətə malikdir

Həmçinin ənənəvi olaraq Azərbaycan prezidenti Türkiyə prezidenti ilə görüşdü. Sözsüz ki, hər iki qardaş respublikanın marağında olan bir sıra məsələlər, xüsusilə Soçi görüşünün yekunları müzakirə edildi. Sayın Ərdoğan bir daha bildirdi ki, Türkiyə həmişə Azərbaycanın yanında olub. Bundan sonra da ölkəmiz Azərbaycanın yanında olmağı davam etdirəcək.

Amma İran prezidenti ilə olan görüş xüsusilə diqqət çəkdi. Çünki Azərbaycanla İran arasında olan gərginlik hələ tam aradan qalxmayıb. Amma Aşqabadda Azərbaycanİran prezidentlərinin görüşündə çox ciddi və səmimi siyasi iradənin şahidi olduq. İran prezidenti Seyid Rəisi çox səmimi sözlərlə Azərbaycan prezidentinə müraciət etdi. İran prezidenti qeyd etdi ki, bizi təkcə tarixi, mədəni əlaqələr birləşdirmir. Bizi həm də ürəklərin yaxınlığı birləşdirir. İranla Azərbaycan münasibətlərinin çox böyük tarixi əhəmiyyəti var və bundan sonra da bu münasibətlərin qorunub saxlanması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Qabil Hüseynli: “Belə görünür ki, bu layihə işə düşəndən sonra, Avropa bazarlarında Rusiya mavi qazına alternativ olan TANAP, TAP layihələri uğurla işləyəcək”.

Görüş zamanı türkmən qazının İran üzərindən Azərbaycana göndərilməsi barədə sənəd imzalandı. Bu çox mühüm və əhəmiyyətli sənəddir. Sənəd Azərbaycanın geostrateji mövqelərini gücləndirəcək. Belə ki, Azərbaycanın TANAP layihəsinə İran vasitəsilə birləşdiriləcək türkmən qazı qısa müddətdə ölkəni qazla təmin edə biləcək. Çünki artıq İrana qədər Türkmənistandan qaz kəməri gedir. Üstəlik sovet hakimiyyəti illərində də İran və Sovet İttifaqı arasında Cənubi Qafqaz ölkələrinə İran qazını nəql edən kəmər çəkilib. Qısa təmirdən sonra həmin kəmər də işə düşəcək.

Demək istəyirəm ki, bu işlərə çox böyük xərc və uzun vaxt tələb olunmur. Bu vaxta qədər türkmən qazının 1000 kub metri 150 dollara Rusiyaya sayılırdı. Rusiyaya gedən boru kəmərinin diametri də çox aşağı idi. Buna görə də böyük miqdarda qaz ixrac etmək mümkün deyildi. İndi isə qazın Avropada qiyməti 1000 dollar civarındadır. Yəni Rusiya türkmən qazını aldığı qiymətdən 7-8 dəfə baha qiymətə Avropa bazarında satırdı.

İndi türkəmən qazı TANAP layihəsi ilə birləşəcək və qazın sahibi Türkmənistan olacaq. Azərbaycan yalnız o qazın nəqlində tranzit xərcləri alacaq. Yaxud da Azərbaycan və Türkmənistan arasında qazın alqı-satqı ilə bağlı müqavilə imzalanacaq. Bu müqavilədən sonra Azərbaycan türkmən qazını Avropa bazarına çıxaracaq.

Qabil Hüseynli: “İranla münasibətlərin səmimiliyini göstərən bir fakt da ondan ibarətdir ki, İranlı jurnalistlər Azərbaycan prezidentinə sualları Azərbaycan dilində verirdilər”.

Bildiyimiz kimi Türkmənistan qaz ehtiyatlarına görə dünyanın dördüncü ölkəsidir. Belə görünür ki, bu layihə işə düşəndən sonra Avropa bazarlarında Rusiya mavi qazına alternativ olan TANAP, TAP layihəsi uğurla işləyəcək. Avropanın ən azı yarıya qədəri də təbii qazla təmin olunacaq.

Onu da qeyd edim ki, İranla münasibətlərin səmimiliyini göstərən bir fakt da ondan ibarətdir ki, İranlı jurnalistlər Azərbaycan prezidentinə sualları Azərbaycan dilində verirdilər və Azərbaycan dilində də o sualların cavabını alırdılar. Hər halda olanlar İran-Azərbaycan münasibətlərinin dalandan çıxarılması və onun yeni inkişaf səviyyəsinə qaldırılması deməkdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Müşfiq Abbasovun növbəti riyakarlığı - Güya komandanın adını qaytarıb...

Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum olub

Könül İsmayılova: “Şuşa bizimdir, hər hansı erməni dığasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir”

Dünya çempionunu DYP-də “soydular” - Oğrunu tutdular, amma tapmadılar… - Video

Xədicə İsmayıl: “Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi…”

Ukraynalı general hücumun başlaya biləcəyi günü açıqladı

Xankəndində qalmaqal: “Hökümət” Araik Arutyunyanı boykot etdi

Erməni nəşrindən iddia: Paşinyan buna görə öldürüləcək

"Armen Sərkisyan Paşinyanın planlarını pozdu" - Elxan Şahinoğlu

Hulusi Akar: “Türkiyə və ABŞ-ın F-16-ların tədarükü barədə danışıqları yaxşı keçib”

Brejnevlə Qreçkonun mübahisəsinə səbəb olan nazir müavini – Şkadovun ölümündə Yazovun da adı hallanıb  

Ən çox oxunanalar