Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdə gərginləşən vəziyyət - Açıq müharibə, yoxsa?...

İdlibdə qarşıdurmadan qaçmaq üçün Rusiyanın Ankaraya göndərəcəyi hərbi nümayəndə heyətinin razılaşma əldə etməsi mümkündür?..

Politoloq: “Rusiya İdlibdə olan qüvvələri, birinci növbədə də Türkiyə qüvvələrini oradan çıxarmağa çalışır”.

Rusiya Ankaraya hərbi nümayəndə heyyətini nə vaxta göndərəsi, nə vaxta müzakirələr aparası, bu zaman tələb edir. Bu müddətdə də Rusiya qüvvələri Suriyada öz işlərini görəcəklər”.

Bu sözləri politoloq Qabil Hüseynli İdlibdə baş verən hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Suriya ordusuna və Rusiyaya məxsus qırıcıların İdlib vilayətinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 20-ni ötüb. Onların hamısı dinc insanlardır.

Hücum zamanı çox sayda sakin yaralanıb. Məlumata görə, hava əməliyyatlarının hədəfində Teftenaz, Neyrəb, Binneş o cümlədən İdlibin mərkəzindəki rayonlar olub.

Qeyd edək ki, İdlibdə Türkiyə ordusunun 10 müşahidə məntəqəsi var. Suriya ordusunun quru əməliyyatlarından sonra iki müşahidə məntəqəsi mühasirəyə düşüb. Bu arada, İdlibdəki vəziyyəti müzakirə etmək üçün Rusiya Ankaraya hərbi nümayəndə heyəti göndərəcək.

İblibdə bundan sonra baş verəcək hadisələri necə proqnoz etmək olar? Həmçinin İdlibdəki vəziyyəti müzakirə etmək üçün Rusiyanın Ankaraya göndərəcəyi hərbi nümayəndə heyətinin razılaşma əldə etməsi mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “İndi Rusiya özünü Suriyada hakim hesab edir”.

Ərazidə hava dəstəyi bütünlüklə Rusiyanın dəstəyi altında olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Rusiyanın Suriyada hərbi bazalarını qoruyan xüsusi təyinatlılar da proseslərdə iştirak edir. Nəticə etibarı ilə də müəyyən qısa fasilələrlə İdlibdə müharibə gedir:

Rusiya İdlibdə olan qüvvələri, birinci növbədə də Türkiyə qüvvələrini oradan çıxarmağa çalışır. Daha sonra isə Rusiya Suriya milli qüvvələri deyilən qüvvələri sıradan çıxarmaq istəyir ki, tədricən də Suriyadan Türkiyə və ABŞ qoşunlarını çıxarsın.

İndi Rusiya özünü Suriyada hakim hesab edir. Hər dəfə də Rusiya Ərdoğana yalan satır. Hadisələr də onu göstərir ki, bu hərbi tədbirləri həyata keçirən Suriyanın qanuni hökumətidir. Hökumət öz ərazi bütövlüyünü təmin etmək və xarici qüvvələri öz ərazilərindən çıxarmaq istəyir. Bu da beynəlxalq hüquq normalarına zidd deyil.

Onu da qeyd edim ki, ərazidə hava dəstəyi bütünlüklə Rusiyanın dəstəyi altındadır. Həmçinin də Rusiyanın Suriyada hərbi bazalarını qoruyan xüsusi təyinatlılar da proseslərdə iştirak edir. Nəticə etibarı ilə də müəyyən qısa fasilələrlə İdlibdə müharibə gedir. Bu müharibənin nəticələri heç də ürəkaçan olmaya bilər.

Qabil Hüseynli: “İndi Rusiya özünü Suriyada hakim hesab edir. Hər dəfə də Rusiya Ərdoğana yalan satır”.

Bu günlərdə Ərdoğanı Krımda görüşə dəvət etmək istəyirlər. Düşünürəm ki, münasibətlər yaxşı olsa belə, Ərdoğan Krıma görüşə getməməlidir.

Rusiya Ankaraya hərbi nümayəndə heyyətini nə vaxta göndərəsi, nə vaxta müzakirələr aparası, bu zaman tələb edir. Bu müddətdə də Rusiya qüvvələri Suriyada öz işlərini görəcəklər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar