Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdə 33 türk əsgərinin ölümü: Ankara bundan sonra daha aqressiv mövqe tutacaq

“Əl-Cəzirə”, 28.02.2020...

İdlib əyalətinin şimal-qərbində Suriya hökumət qüvvələrinin hava hücumu nəticəsində ən azı 33 türk əsgəri öldürülüb. Bunu Cümə günü cənub-şərq əyaləti olan Hatayın valisi bildirib. Beləliklə, ölüm hadisələrinin sayı artıb, qarşıdurma riski və qaçqın böhranı güclənib.

Rusiya tərəfindən dəstəklənən Suriya hökumətinin müharibə şəraitində olan ölkənin son müxalifət qalasını ələ keçirmək üçün başladığı hücum fonunda, son həftələrdə sayı minlərlə ölçülən qoşunu İdlibə göndərəndən bəri Türkiyə bir gündə ən çox itki verib.

İdlib 3 milyondan çox insanın yaşadığı yerdir.

Dəhşətli bombardman kampaniyası və yerdə hücum dekabr ayından bəri təxminən 1 milyon insanı didərgin salıb, onların yarıdan çoxu uşaqlardır.

Buna cavab olaraq, Türkiyə “Suriya rejiminin bütün bilinən hədəflərinə” hücum edəcəyi xəbərdarlığı edib.

BMT baş katibi Antonio Quterreş açıqlamasında zorakılığın artması ilə əlaqədar “ciddi narahatlıq” bildirib və dərhal atəşkəsə çağırıb.

ABŞ Dövlət Departamenti də bildirib ki, bu hücumdan “çox narahatdır” və “NATO müttəfiqimiz olan Türkiyənin tərəfindəyik”. “Əsəd rejimi, Rusiyaİranın dəstəklədiyi qüvvələr tərəfindən bu biabırçı hücumu dərhal dayandırmağa çağırırıq”.

NATO baş katibi Yens Stoltenberq Suriya rejimi və Rusiya qüvvələri tərəfindən “mübahisəsiz” hava hücumlarını qınayan bəyanat verib.

Hatay valisi Rəhmi Doğan əvvəlcə televiziyada 22 əsgərin öldüyünü açıqlayıb.

Hücumdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada nazirlər və hərbi rəsmilərin qatıldığı ikisaatlıq təcili təhlükəsizlik iclası keçirib.

Dövlət mediasının məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Stoltenberqlə telefonla danışıb.

Türkiyə ordusu Suriya hökumətinin hədəflərinə artilleriya atəşi ilə cavab verir.

Suriya hökumətinin hədəfləri Türkiyə hava və quru dəstək bölmələri tərəfindən atəşə tutulur”. Bunu Anadolu Agentliyinə Türkiyənin prezidentinin rabitə direktoru Fahrettin Altun bildirib.

Türkiyə İdlib sərhədini açacaq

Altun əlavə edib ki, Türkiyə, Suriya hökumətinin hücumuna “eyni təpki verməyi” qərara alıb.

Türk qüvvələrinə hücum İdlibdə bəzi müxalif qrupları dəstəkləyən Ankara ilə Suriya hökumətinin əsas müttəfiqi olan Rusiya arasında ciddi gərginliyə səbəb olub.

Ərdoğan daha əvvəl fevral ayının sonuna qədər bir sıra türk müşahidə postlarının olduğu ərazilərdən Suriyanın hökumət qüvvələrinin geri çəkilmədiyi təqdirdə, hərbi əməliyyata başlayacağına söz verib.

Bir türk səlahiyyətlisi “Reuters”-ə bildirib ki, Türkiyənin polis, sahil mühafizəsi və sərhəd təhlükəsizliyi rəsmilərinə suriyalı qaçqınların Avropaya çatmasına mane olmamaq göstərişi verilib.

“Middle East Eye” də Türkiyənin İdlib sərhədini açacağını və qaçqınların Avropaya sərbəst keçməsinə icazə verəcəyini yazıb.

Türkiyə artıq 3,6 milyondan çox suriyalı qaçqını qəbul edib və yeni bir axınından qorxur.

“Əl-Cəzirə”nin şərhçisi Haşim Əhilbarra bildirib: “Yaxın günlərdə Türkiyə çox təcavüzkar mövqe tutacaq, Avropa İttifaqı və NATO-dan İdliblə bağlı çox güclü bir mövqe sərgiləməyi istəyəcək. Türkiyə İdlibdəki humanitar böhrana son qoymaq cəhdini düşünərkən, bu mübarizəni təkbaşına apardığını hiss edir”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: İdlib 33 şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar