Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlib: Moskva-Ankara münasibətlərinin qırılma xətti - Ərdoğanla Putin anlaşmasa, nə baş verəcək?

Bu gün Türkiyənin əsas gündəm mövzusu İdlib məsələsidir...

Hazırda Suriyanın bu bölgəsində baş verənlər Türkiyənin təkcə xarici deyil, daxili siyasətində də dərin izlər buraxmaqdadır və İdlib artıq ölkənin siyasi və hərbi reputasiyası üçün sınaq meydanına çevrilib.

Əslində, məlum Soçi razılaşması ilə Türkiyə və Rusiya Suriyanın terrorçulardan təmizlənməsi, ölkədə sülhün bərqərar olması məsələsində öz üzərlərinə öhdəliklər götürüblər. Lakin ötən müddətdə, xüsusilə də son günlər İdlib istiqamətində baş verənlər göstərdi ki, Soçidə əldə olunan razılıqlara riayət olunmur.

Rusiya tərəfi iddia edir ki, Türkiyə İdlib bölgəsinin radikal terrorçu qruplaşmalardan təmizlənməsi, silahsızlaşdırılması və M4 – M5 avtomobil yolunun təhlükəsizliyinin təmin olunması öhdəliyinə riayət etməyib. Türkiyə tərəfi isə Rusiyaİranın dəstəyilə Əsəd qoşunlarının İdlibə doğru hücuma keçməsinin, bir neçə yaşayış məntəqəsini ələ keçirməsinin, hətta türk qoşunlarına aid nöqtələrə zərbələr endirməsinin Moskvanın razılıqlara əməl etməməsi kimi qiymətləndirib. Xatırladaq ki, həmin hücumlar nəticəsində 13 türk hərbçisi şəhid olub.

Nəticədə Türkiyə tərəfinin cavabı çox gecikməyib. Əvvəlcə, Əsəd ordusuna misli ilə cavab verilib və yüzlərlə Suriya ordusu əsgərinin, çoxlu sayda ağır hərbi texnikasının və bir helikopterinin məhv edildiyi bildirilib. Xüsusilə hərbi helikopterin vurulması Suriyanın hava məkanında hegemonluq edən Rusiyaya xəbərdarlıq sayıla bilər.

Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğan da türk əsgərinə qarşı hücumlar davam edəcəyi təqdirdə, təkcə qurudan deyil, havadan da zərbələr endiriləcəyinə dair xəbərdarlıq edib. Bu, o deməkdir ki, Türkiyə hərbi hava qüvvələri də Suriya sərhədini hər an keçə bilər. Onu da qeyd edək ki, Türkiyə tərəfinin haqlı narazılığına və hiddətinə səbəb olan məqamlardan biri odur ki, Rusiya tərəfi Türkiyənin münaqişə bölgəsində həlak olmuş və yaralanmış əsgərlərini öz hərbi helikopterlərilə çıxarılmasına izin verilməsi xahişini rədd edib. Nəticədə, əsgərlər müşahidə nöqtələrindən avtomobil yolu ilə və atəş altında çıxarılıb ki, bu da münasibətləri bir qədər də gərginləşdirib.

Bütün bunlardan çıxış edən Türkiyə prezidenti bəyan edib ki, türk ordusu Suriya hökumət qüvvələrini daha əvvəl İldibdə Türkiyə qüvvələrinin yerləşdiyi nəzarət məntəqələrindən kənara atacaq. Ərdoğan bildirib ki, Türkiyə hərbçilərinə zərər dəyəcəyi halda, ümumiyyətlə Soçi anlaşmasına riayət etməyəcəklər.


O, Rusiyanı anlaşmalara əməl etməməkdə ittiham edərək deyib ki, Rusiya qüvvələri İranın dəstəklədiyi silahlılarla birlikdə xalqa hücum edir, qətliam törədir.

Türkiyənin atdığı qətiyyətli hərbi addımlar bu dəfə Rusiyanı narazı salıb. Rusiya XİN beynəlxalq qurumlar departamentinin rəhbəri Pyotr İlyiçev isə RusiyaSuriya ordusunun İdlibdə atəş altında qaldığını və Rusiyanın oturub gözləməyəcəyini deyib. Deməli, artıq Rusiya tərəfi atəş altında qalmağın yaratdığı diskomfortu və Türkiyə ordusunun gücünü öz üzərində hiss etməyə başlayıb. Belədə Moskvanın özünün himayədarlıq etdiyi Əsəd ordusunun həmlələri qarşısında Türkiyənin geri çəkiləcəyinə dair ehtimalında yanıldığı üzə çıxır. Belə görünür ki, Ankara geri çəkilmək niyyətində deyil, əksinə, Əsədə daha ağır zərbələr endirmək və onun ordusunu əvvəlki mövqelərinə geri qaytarmaq niyyətindədir.

Bəs hadisələrin bundan sonraklı gedişi Yaxın Şərq və Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaz regionuna nə vəd edir? Hazırkı vəziyyət 2015-ci ildəki Rusiya-Türkiyə gərginliyini xatırladır. Həmin vaxt Rusiya hərbi təyyarəsinin vurulması böyük siyasi gərginlik yaratmışdı. Ancaq o zaman tərəflər arasında siyasi və iqtisadi sahədə yaranan qarşıdurma bir müddət sonra əməkdaşlığa çevrildi. Çünki bu qarşıdurma hər iki tərəfə ziyandan başqa heç nə gətirmirdi. Elə Soçi anlaşması da həmin əməkdaşlığın nəticələrindən biri sayıla bilərdi.

Lakin bu gün vəziyyət daha da mürəkkəbdir. Çünki 2015-ci ildən fərqli olaraq, hazırda Türkiyə ordusu Rusiyanın hər cəhətdən dəstəklədiyi Əsəd ordusu ilə real olaraq, üz-üzədir. Digər tərəfdən, PKK və PYD məsələsində səsini çıxarmayan, Ankaraya dəstək verməyən ABŞ, bu gün İdlibdə NATO üzvü kimi Türkiyənin yanında olmağa hazır olduğunu bəyan edir. Bu isə Türkiyəni türklər demiş “qaza gətirmək” üçün verilən bəyanatdır və Ankarada da bunu yaxşı anlayırlar.

Lakin bununla bərabər, Əsədin qarşısından geri çəkilmək və İdlibdən milyonlarla qaçqının yenidən Türkiyəyə köç etməsi artıq qardaş ölkə üçün qəbuledilməz variantdır. Nə Türkiyənin xarici siyasəti, nüfuzu, nə də iqtisadiyyatı belə bir zərbəni qəbul etməyə hazır deyil. Bu, o deməkdir ki, geri çəkilməli olan tərəf Rusiya və onun himayə etdiyi Əsəddir.

Əks təqdirdə, hərbi münaqişə daha da qızışacağı halda, Türkiyənin NATO üzvü olduğunu da nəzərə alanda, Yaxın Şərq regionu daha böyük fəlakətlərlə üz-üzə qala bilər və üçüncü dünya müharibəsi barədə indiyə qədər verilən proqnozlar gerçəkləşməyə başlayar. Bu proses Cənubi Qafqaz regionuna da yaxşı heç nə vəd etmir. Çünki Türkiyə-Rusiya münasibətlərinin səviyyəsi bu regiondakı münaqişələrin çözümündə, regionda stabilliyin yaranmasında həlledici rol oynayır.

Bütün bunları nəzərə alaraq, İdlib məsələsində tərəflərin qarşılıqlı razılığa gələcəyinə ümid etməkdən başqa yol qalmır. Ən azı ona görə ki, Türkiyə ilə Rusiyanın burada baş-başa gəlməsi məlum güclərin işinə yarasa da, bu iki ölkənin milli maraqlarına qətiyyən uyğun deyi.(azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar