Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai təsir imkanları sıfır olan qəzetlərə niyə maliyyə yardımı ayrılır?

2015-ci ildə KİV-lərdə yayımlanan reklamdan gəlir 25,97 milyon manat təşkil edib. 2018-ci ildə müvafiq göstərici 7,74 milyon manata qədər enib. KİV -in reklam gəlirlərinin bu qədər azalmasının və Azərbaycanda reklam bazarının bu qədər zəifləməsinin səbəbləri nədir?..

Media məsələləri üzrə ekspert: “Prezidentin qəzetlərə verdiyi dəstək dayanan gün qəzetlər fəaliyyətlərini dayandıracaq”.

“Bu gün istər ictimai rəy, istərsə də, ictimai maarifləndirmədə qəzetlərin rolu yox dərəcəsindədir”.

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Azərbaycanda qəzetlərin bu günkü fəaliyyətin və ayrılan vəsaiti PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Prezident İlham Əliyev iyulun 22-də çap nəşrlərinə 1 mln. manat məbləğində əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Lakin bu da bir faktdır ki, hazırda ölkədə ictimai rəy sosial şəbəkələr və saytlar vasitəsi ilə formalaşmaqdadır. İctimai təsir imkanları sıfır olan və heç satılmayan qəzetlərə maliyyə yardımı ayrılması hansı mahiyyəti daşıyır? Prezidentə bu layihələri təqdim edənlər niyə bu pulların çölə atılmasının fərqinə varmırlar?

Qeyd edək ki, 2015-ci ildə KİV-lərdə yayımlanan reklamdan gəlir 25,97 milyon manat təşkil edib. 2018-ci ildə müvafiq göstərici 7,74 milyon manata qədər enib. KİV -in reklam gəlirlərinin bu qədər azalmasının və Azərbaycanda reklam bazarının bu qədər zəifləməsinin səbəbləri nədir?

Mözu ilə bağlı PİA.az-ın əməkdaşı media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədliyə müraciət edib.

Ələsgər Məmmədli: “Xəstəyə süni nəfəs verib nə qədər yaşatmaq olursa, qəzetlərə də ildə 1-2-3 milyon maliyyə ayırıb yaşadırlar”.

Azərbaycanda reklam bazarının bu qədər zəifləməsinin 3 önəmli səbəbinin olduğunu vurğulayan media məsələləri üzrə ekspert birinci səbəb kimi artıq medianın Azərbaycan cəmiyyəti üçün ikinci planda olduğunu vurğulayıb:

“Bu gün istər ictimai rəy, istərsə də, ictimai maarifləndirmədə qəzetlərin rolu yox dərəcəsindədir. Düzdür bəzi qəzetlərin həm də internet resursları var. Bu baxımdan onların rolunun olmadığın deyə bilmərik. Amma internet resursları, izləyicilərinin sayı az olan qəzetlərin cəmiyyətdə hansısa ictimai rəy yaratmaları və bilgiləndirmə, maarifləndirmə işində olmasını iddia etmək mümkün deyil. Çünki qəzetlər artıq bu kateqoriyadan çıxıblar. Yəni qəzetlər nə maarifləndiricidirlər, nə də xəbər vericidirlər.

Buna görə də qəzetlərə dəstəyin verilməsi daha çox onları zorla yaşatma anlamına gəlir. Yəni xəstəyə süni nəfəs verib nə qədər yaşatmaq olursa, qəzetlərə də ildə 1-2-3 milyon maliyyə ayırıb yaşadırlar. Yaxşı olardı ki, ayrılan vəsait daha effektiv şəkildə istifadə olunardı. Yəni həmin qəzetlərin onlayn versiyası yaradılsa və bəlli izləyici saylarının olması üçün tələblər qoyulsa, bu daha effektiv olar.

İndi qəzetlərin kağız versiyası çıxarılır və orada da yazılır ki, bu məqalə Prezidentin ayırdığı 1 milyon manat vəsait çərçivəsində hazırlanıb. Bu da sadəcə özünü aldatmaq və dediyim kimi xəstənin süni nəfəslə yaşamasına çalışmaqdır. Amma o xəstəlik artıq sağalan deyil. Çünki süni zaman nə zaman kəsilsə, xəstə artıq həyatdan gedəcək. Eyni zamanda Prezidentin qəzetlərə verdiyi dəstək dayanan gün qəzetlər fəaliyyətlərini dayandıracaq.

Ələsgər Məmmədli: “Reklam bazarı məhduddur və monapolya var. Məhdud monapolya olan zaman bu proseslərin böyük bazarlara xitab etməsi mümkün deyil”.

Bir daha qeyd edim ki, yeni versiyada, yeni onlayn mühitin şərtlərinə uyğun şəkildə iş qurularaq həmin qəzetlərin redaksiyaları ayaq üstə qala bilər. Kim bunu bacaraq getməyəcək, bacarmayacaq gedəcək.

Azərbaycanda reklam bazarının bu qədər zəifləməsinin 3 önəmli səbəbi var. Birincisi artıq media Azərbaycan cəmiyyəti üçün ikinci plandadır. Cəmiyyət Azərbaycan mediasına o qədər də etibar etmədiyi üçün reklam da vermir. İkinci önəmli səbəb odur ki, ümumiyyətlə reklam bazarı məhduddur və monapolya var. Məhdud monapolya olan zaman bu proseslərin böyük bazarlara xitab etməsi mümkün deyil. Üçüncü səbəb isə Azərbaycanda reklamda 7,74 milyon manat ümumidir. Amma Dövlət Statistika Komitəsinin son məlumatına görə qəzetlərin və jurnalların reklam həddi bir ildə min manatdır. Bu min manatın da 100 manatı qəzetə, 900 manatı jurnala düşür. Bu zaman gerçək qəzetin rolu və kommersiya qurumlarının bunlarda reklamın effektivliyinə inancının gerçək yeri görünər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar