Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai qınaq öz sözünü dedi - Əmircanın bələdiyyə sədri namizədliyini geri götürdü

Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı...

Əmircan bələdiyyəsinin hazırkı sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı həmin bələdiyyəyə namizədliyini irəli sürmüş jurnalist Famil Fərhadoğlu deyib.

O, qeyd edib ki, bir neçə gün öncə jurnalist araşdırması nəticəsində aşkarlamışdı ki, Əmircan Bələdiyyəsinin sədri Rafael Cəfərov və qohumları namizəd olduğum 32 saylı üçüncü Seçki Dairəsində 23 Dekabr Bələdiyyə Seçkilərində namizəd kimi mübarizə aparacaqlar. “Bu məsələ sosial şəbəkələrdə ictimailəşəndən və mətbuat yazandan sonra ictimai qınaq öz sözünü dedi. Belə ki, Əmircan Bələdiyyəsinin sədri, qohumları və bələdiyyənin işçiləri (yalnız sədr müavini istisna olmaqla) namizədliklərini geri götürüblər. Beləliklə Mərkəzi Seçki Komissiyasının siyahısında Əmircan Bələdiyyəsi uğrunda mübarizə aparacaq namizədlərin sayı 64-dən 52-yə düşüb”.

Xatırladaq ki, bir ailədən 8 nəfərin namizədliyinin irəli sürülməsi ictimai qınaqla qarşılanmışdı. YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 nəfərin namizədliyini irəli sürməklə “ailə bələdiyyəsi” yaratmağı düşüünürdü. Rafel Cəfərovun özü, qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumu namizəd kimi qeydə alınmışdı.

pia.az


Etiket: Rafel Cəfərov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar