Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai Palata buraxıldı


İctimai Palatanın Koordinasiya Şurası 4 martda özünün sonuncu toplantısını keçirib


Toplantıda İctimai Palatanın fəaliyyətinə xitam verilməsi barədə hazırlanmış layihə müzakirə olunub. Musavat.com bildirir ki, iclas və onun nəticəsi barədə dönəm sədri İsa Qəmbərin media üçün yaydığı məlumatı əldə edib. Həmin məlumat təqdim edirik:  

“İctimai Palata Koordinasiya Şurasının dönəm sədri İsa Qəmbər 04. 03. 2014- cü tarixdə Koordinasiya Şurasının toplantısını çağırıb. 
  
Toplantı keçirilməsi təşəbbüsü ilə dönəm sədrinə KŞ üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və digərləri müraciət ediblər. Təşəbbüsçülər toplantının keçirilməsini onunla əsaslandırıblar ki, İctimai Palata ətrafındakı qeyri müəyyənliyə rəsmən  son qoyulmasına ehtiyac var. 
  
Dönəm sədri  İsa Qəmbər KŞ   iclaslarının keçirilməsinin qərarlaşmış praktikasına uyğun qayda və formada  iclasın yeri, günü və vaxtını müəyyən etmiş və bu barədə bütün  KŞ üzvlərini məlumatlandırıb.
  04. 03. 2014- cü il  tarixdə  KŞ toplanıb.  İP ətrafında yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb, müzakirələrdə KŞ-nın 17 üzvündən 7-i  bilavasitə, 3 üzvü isə (Aqil Səmədbəyli, Mehriban Vəzir, Leyla Əliyeva) telefonla iştirak edib. 

KŞ bir sıra İP üzvlərinin KİV- lərdə dərc edilmiş mövqelərini,  KŞ üzvlərinə bildirdikləri rəyləri, İP- in uzun müddətdən bəri fəaliyyətini de - fakto dayandırdığını, İP- in fəaliyyətinə xitam verilməsi barədə təklifə heç bir İP KŞ üzvü tərəfindən etiraz daxil olmadığını nəzərə alaraq    aşağıdakı açıqlamanın verilməsini məqsədəuyğun sayıb:
  
 “ 2010- cu il parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslər tərəfindən  ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə təsis edilmiş İctimai Palatanın fəaliyyətinə rəsmən xitam verildiyi elan edilsin.
   
İctimai Palata ən yeni siyasi tariximizə     siyasi partiya, vətəndaş cəmiyyəti, gənclik hərəkatı nümayəndələrinin, ictimai rəy liderlərinin,  mütəxəssis və ziyalıların azad ədalətli seçki hüquqlarının təmin edilməsi, köklü demokratik dəyişikliklər, avtoritarizmdən demokratiyaya keçid məqsədi ilə birliyi və əməkdaşlığının özünəməxsus təcrübəsi kimi daxil olmuşdur. 
   
İlk dəfə olaraq İctimai Palata nümunəsində seçkilərdə verilmiş səslərə əsaslanaraq kölgə parlamenti tipli təsisatın yaradılmasına cəhd edilmişdi. Bu təcrübə dünyada maraqla qarşılanmışdı və beynəlxalq əhəmiyyət kəsb edir. 
   
İctimai Palata  Azərbaycan demokratiyasının mübarizə ənənələrini davam etdirərək    mövcud antidemokratik və korrupsiyaçı rejimə qarşı xalq  müqavimətinin ən parlaq səhifələrindən olan, dünyada səs salmış kütləvi aksiyaları , onlarla siyasi məhbuslarının, yüzlərlə siyasi repressiyaya uğramış üzvlərinin fədakarlıqları, uğurlu intellektual və hüquqi mübarizə formaları, modern siyasi texnologiyaların tətbiqi ilə əlamətdar olmuşdur. 
 
İnanırıq ki, İP- in fəaliyyətinə xitam verilməsinə baxmayaraq onun  təcrübəsi hələ uzun müddət ictimai – siyasi həyatımıza və azadlıq uğrunda mübarizəmizə  müsbət təsirini göstərməkdə davam edəcəkdir.”
  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar