Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra keyfiyyətli deyilsə, bu Milli Məclisin günahı deyil” - Millət vəkilindən ölkədən çıxarılan milyardlara reaksiya

Hesablama Palatası ötən il  Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılmasını aşkarlayıb. Artıq çoxdan ölkənin qlobal probleminə çevrilən bu məsələnin Milli Məclisdə müzakirəsinə ehtiyac var...

Fazil Mustafa: “Hüquq mühafizə orqanları və gömrük orqanları içində müəyyən şəxslər tapılır ki, onlar xaricə pul çıxarmaq üçün iş birliyinə gedirlər. Vəsaitin ölkədən çıxarılmasına dəstək verirlər”.

Milli Məclis qanunlar qəbul edir. Qəbul edilən qanunlarda da xaricə pul çıxarılmasının qarşısının alınması qeyd edilib. Hətta bank məhdudiyyətləri, hesablarda çıxarışlarla bağlı da Milli Məclis qanun qəbul edib”.

Bu sözləri millət vəkili Fazil Mustafa ölkədən qanunsuz çıxarılan vəsaitlərin qarşısının alınmamasını PİA.az-a şərh edərkən qeyd edib.

Mətbuatda yayılan məlumata görə, Hesablama Palatası ötən il Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılmasını aşkarlayıb. Palatanın 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və avro ilə olan pul banknotları) ixrac olunub: “Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb”.

Azərbaycandan xaricə qanunsuz pul çıxarılması yəqin ki, ilk hal deyil. Amma onun belə aşkarlanması ilk hal sayıla bilər. Pandemiya ilində ölkə üçün zəruri olan xarici valyutanı xaricə kimlər çıxarıb? Təəssüf ki, Hesablama Palatasının hesabatında bankların və köçürmələrin icra edildiyi hesabların sahiblərinin adları açıqlanmır. Lakin təcrübə göstərir ki, ölkədən kənara əsasən oliqarx-məmurlar, özü də qanunsuz yollarla qazandıqları pulları çıxarırlar. Bu baxımdan, 2020-ci ildə xaricə daşınan vəsaitlərin arxasından hansısa məmur çıxarsa, ictimaiyyət təəccüblənməyəcək.

Ümumiyyətlə götürdükdə isə davamlı olaraq məmurların xaricdə dəbdəbəli mülkləri və milyonları, hətta milyardları əhatə edən biznesləri haqda məlumatlar yayılır və bu məlumatlar yerli mətbuatda tirajlanır. Hətta onların arasında Milli Məclisin üzvləri də var. Bu məlumatlar nə təkzib olunur, nə də həmin korrupsiya faktları ilə bağlı ölçülər götürülür. Baş verən qlobal talanın mətbuatda əks olunması isə əlaqədar dövlət qurumları tərəfindən duymamazlıqla qarşılanır.

Bəs qanunlarımızda bu kimi hallara qarşı hansı boşluqlar var və korrupsiyaya qarşı qanun bazasının gücləndirilməsinə ehtiyac varmı? Ümumiyyətlə digər qurumlar kimi Milli Məclis də hansı səbəbdən ölkə sərvətlərinin məmurlar tərəfindən talan edilməsinə qarşı səsizlik nümayiş etdirir?

Qeyd edək ki, artıq çoxdan ölkənin qlobal probleminə çevrilən bu məsələnin Milli Məclisdə müzakirəsinə ehtiyac var. Xalqdan mandat alan deputatlar hər il milyardlarla vəsaitin ölkədən çıxarılması ilə bağlı həyacan təbili çalmalı və böyük talanın qarşısı alınması üçün ictimai rəyi səfərbər etməli, eyni zamanda ölkədən milyardları çıxaranları ifşa etməlidir.

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafayla müzakirə edib.

Fazil Mustafa: “Milli Məclis ölkədən qanunsuz xaricə pul çıxarılmasına səssizlik nümayiş etdirmir”.

Hüquq mühafizə orqanlarında və gömrük orqanlarındakı istintaq materiallarınında bu məsələ ilə bağlı məsuliyyətə cəlb olunanların sayının kifayət qədər olduğunu nəzərə çatdıran millət vəkili PİA.az-a bildirib ki, buna görə də xaricə pul çıxarma ilə bağlı mübarizə aparılmadığını konkret demək olmaz. Amma daha effektiv mübarizə aparılmalıdır:

Azərbaycandan xaricə qanunsuz vəsaitin çıxarılması məsələsi ilə bağlı mübarizə aparılır. Bildiyimiz kimi ölkədən xaricə pul çıxarmaqla bağlı konkret rəqəmlər var. Bəzən görürük ki, hüquq mühafizə orqanları və gömrük orqanları içində müəyyən şəxslər tapılır ki, onlar xaricə pul çıxarmaq üçün iş birliyinə gedirlər. Vəsaitin ölkədən çıxarılmasına dəstək verirlər. Sonradan onların da xeyli hissəsi məsuliyyətə cəlb olunur.

Hüquq mühafizə orqanlarında və gömrük orqanlarındakı istintaq materiallarını araşdırsanız, bu məsələ ilə bağlı məsuliyyətə cəlb olunanların sayının kifayət qədər olduğunu görəcəksiniz. Buna görə də konkret demək olmaz ki, xaricə pul çıxarma ilə bağlı mübarizə aparılmır. Amma daha effektiv mübarizə aparılmalıdır.

Fazil Mustafa: “Milli Məclisin qəbul etdiyi qərarlara əməl olunması icra məsələsidir. İcra keyfiyyətli deyilsə, bu Milli Məclisin günahı deyil”.

Qeyd edim ki, elə mühit yaradılmalıdır ki, vəsait daha çox ölkədə investisiya qoyuluşuna sərf olunsun. Bu istiqamətdə daha yaxşı işlər görmək lazımdır. Məsələnin əsas mahiyyəti də budur.

Milli Məclis ölkədən qanunsuz xaricə pul çıxarılmasına səssizlik nümayiş etdirmir. Milli Məclis qanunlar qəbul edir. Qəbul edilən qanunlarda da xaricə pul çıxarılmasının qarşısının alınması qeyd edilib. Hətta bank məhdudiyyətləri, hesablarda çıxarışlarla bağlı da Milli Məclis qanun qəbul edib. Milli Məclisin qəbul etdiyi qərarlara əməl olunması icra məsələsidir. İcra keyfiyyətli deyilsə, bu Milli Məclisin günahı deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar