Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İcra Hakimiyyətinin binasından özünü atan şəxs həbs edilib

Goranboyda örüş torpaqlarını zəbt edən şəxslər barəsində cinayət işi başlanıb...

Baş Prokurorluğun mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən guya döyülərək pəncərədən atılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğu həmin məlumatlarla bağlı dərhal araşdırmanın aparılmasını təmin edib.

Müəyyən edilib ki, cari il mayın 13-də saat 11 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının guya kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gəliblər. Sivil qaydalara zidd olan davranış nümayiş etdirərək onları sülhə dəvət edən ətrafdakı insanları nalayiq ifadələrlə təhqir ediblər. Onlar öz davranışları ilə vətəndaşların qəbulunun keçirilməsi işini pozublar.

Münaqişənin sakitləşdirilməsi məqsədilə çıxan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov onları etik normalara riayət etməyə dəvət edib. Eldar Musayev onun müraciətinə məhəl qoymayaraq qeyri-etik davranışını davam etdirib. Arzu Verdiyev isə İcra Hakimiyyətinin nümayəndələrinə hədə-qorxu gələrək onları nalayiq ifadələrlə təhqir edib. Onlara müraciətləri ilə əlaqədar qanunamüvafiq tədbirlərin görüləcəyi barədə izah verilərkən Arzu Verdiyev başı ilə otağın pəncərəsini sındırıb, sonra özünü inzibati binanın birinci mərtəbəsindəki pəncərədən yerə atıb.

Rayon prokurorluğunun işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin olunmuş və hadisəyə şahid olmuş şəxslərin izahatı alınıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Rayon məhkəməsinin qərarı ilə Arzu Verdiyevin barəsində 10 gün müddətinə inzibati həbs seçilib, Eldar Musayev isə inzibati qaydada cərimə edilib.

Həmçinin müəyyən edilib ki, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev va Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Qeyd olunanları nəzərə alaraq bildirilir ki, konkret faktlara əsaslanmayan və dəqiqləşdirmə aparmadan bu cür məlumatları yaymaqla kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri qərəzli şəkildə ictimai rəyi çaşdırır və ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərə xələl gətirirlər. Azərbaycan Respublikası Baş Prokurorluğu xəbərdar edir ki, ictimai-siyasi sabitliyi pozmaq məqsədini daşıyan bu cür halların təkrar olunacağı təqdirdə müvafiq şəxslərin əməllərinə hüquqi qiymət veriləcək, qanuni əsaslar olduqda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bir oğurluq xalçaya villa alan xanım səfir kimdir? - Foto, Video

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi

İcra başçısı ilə vətəndaş arasında mübahisə - Neftçalalılar gənc başçıya niyə qəzəbləniblər?..

Yol polisinə yeni rəis müavini təyin edildi - DİN

Maska taxılmamasına görə cərimələr qüvvəyə minib - Məbləğ müəyyənləşdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

"Trump Place"da mənzili olan növbəti azərbaycanlı kimdir?

Aslan İsmayılov: "Allah bəndə deyil ki, yerə enə, barmaq soxub göz çıxarda"

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri - Siyahı

loading...

Ən çox oxunanalar