Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra hakimiyyətində şəhidin həyat yoldaşı təhqir olunub? - Açıqlama

Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Ağayev rayonun Türklər kəndinin sakini, Xocalının müdafiəsində şəhid olmuş polis əməkdaşı Abdulla Həmzəyevin həyat yoldaşı Mehriban Bəkirovanın qəbula buraxılmaması ilə bağlı məsələyə münasibət bildirib

İcra başçısı bildirib ki, həmin vətəndaşın müraciətindən xəbərsizdir və bununla bağlı araşdırma aparacaq: "Ümumiyyətlə, hər həftənin üçüncü günü Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında, hər həftənin ikinci günü isə kəndlərdə səyyar qəbullar keçirirəm. Bütün vətəndaşlar şəxsən mənə müraciət edirlər və onlara köməklik göstərilir. Həmin vətəndaşın müraciəti ilə bağlı mənim məlumatım yoxdur və bununla bağlı araşdırma aparılacaq. Bu barədə mənə məlumat verməyiblər. Heç kimə qəbulda iştirak etməklə bağlı məhdudiyyət qoyulmayıb .Əsasən Prezident İlham Əliyevin tapşırığı ilə aztəminatlı, şəhid və Qarabağ veteranlarının ailələrinə xüsusi diqqət göstərilir".

Qeyd edək ki, jurnalist Kərim Kərimli "facebook"da M.Bəkirovanın müraciətini yayıb. İddiaya görə, M.Bəkirova qəbul günü icra başçısının qəbuluna gedib: "Qəbul günü olsa da, onu sizin yanınıza buraxmayıblar, ona "deyiblər" ki, sənin şəhid olmuş həyat yoldaşın Xocalıda əvvəlcədən növbəyə yazılıb, nömrə götürüb, gedib evində oturub şəhid olmaq üçün növbə gözləyib və növbəsi çatanda da şəhid olub. Ona görə də sən də indi burada əvvəlcə növbəyə yazılmalı, müvafiq nömrə götürməli və gedib gözləməlisən. Tez-tez bizimlə əlaqə saxlamalısan. Nə vaxt, hansı qəbul günü növbən çatsa, onda da səni başçının qəbuluna buraxarıq". (yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar