Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatla bağlı açıqlama yaydı

Sabirabad Rayonu İcra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatla bağlı açıqlama yaydı...

7 və 8 may 2020-ci il tarixdə “YouTube” sosial şəbəkəsində “Zaman Xəbər”səhifəsində Sabirabad rayonu Nizami kənd İnzibati Ərazi Dairəsinin əhatəsində olan Rüstəmli kənd sakini İsmayılov Elşən Musa oğlu evinin bərbad vəziyyətdə olması, ailəyə yerli qurumlar tərəfindən heç bir yardım göstərilmədiyi, həmçinin həmin kənd sakinləri İlqar İsmayılov və Seymur Fərhadovun kəndlərində işıq, su və yol problemlərinin olduğu barədə deyilənlər əsassızdır.

Məlumat üçün bildiririk ki, Rüstəmli kənd sakini Elşən İsmayılova son il yarım ərzində 3025 manat yardım göstərilmiş, həmçinin yeni fərdi yaşayış evinin tikintisi üçün daxili imkanlar hesabına ona 1700 ədəd hörgü kərpici, 30 kisə sement və 2 maşın qum və çınqıl verilmişdir. E.İsmayılov artıq 2 ildir ki, ictimai işlərə cəlb olunmuş, aylıq əmək haqqı 250 manatdır, koronavirus (COVİD-19) pandemiyasına dövründə ailəyə 300 manat dəyərində ərzaq yardımı göstərilmişdir. E.İsmayılovun evinin tikintisinin başa çatdırılması üçün də zəruri tədbirlər görülür.

Adları yuxarıda qeyd olunan kənd sakinlərinin Rüstəmlidə işiğın, abad yolun olmaması barədə şikayətləri də həqiqəti əks etdirmir. Bildiririk ki, Rüstəmli kəndinin enerji təsərrüfatında yenidənqurma işləri aparılmış, kənd tam kabelləşdirilmiş və “Smart” kart tipli sayğaclar quraşdırılmışdır. Kənd fasiləsiz elektrik enerjisi ilə təmin edilir. Rüstəmlinin 8,5 km
uzunluğunda mərkəzi yolunun özül hissəsi tikilərək asfaltlanması üçün hazırlanmışdır. Kəndarası yollar da hamarlanmış, son aylarda 15 maşın çınqıl döşənmişdir.

Rüstəmlidə əkin sahələrinin suvarılması Araz çayı vasitəsilə aparılır. Son aylar Araz çayında suyun səviyyəsinin kəskin aşağı olması səbəbindən bu ərazidə problemlər yaşanıb. Ancaq suvarma sistemləri idarəsinin SNP-ləri vasitəsilə əkin sahələrinin suvarılması bu gündə davam etdirilir.
Kənd sakini S.Fərhadov rayon icra hakimiyyətinin başçısını görmədiyini iddia etmişdir. Bildiririk ki, S.Cabbarov ötən ilin may ayının 17-də Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həmin vaxtdan bu günədək 51 kənddə, o cümlədən Nizami kənd İƏD-sını əhatə edən kəndlərin, o cümlədən Rüstəmli kəndinin sakinləri ilə Nizami kəndinin
mədəniyyət evində səyyar görüş-qəbul keçirmişdir. Rüstəmli kəndinin 6 sakininin şikayəti dinlənilmiş və icrası təmin edilmişdir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar