Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

İcra başçısının müavinin oğlu ilə biznesmen oğlu rəqib oldu - Mandat kimin olacaq?

"113 saylı Şəki şəhər seçki dairəsində məmur, milyonçu ə oliqarx övladları arasında mandat savaşı gedir"

PİA.az xəbər verir ki, Reportyor.info-nun araşdırmasına görə, 113 saylı Şəki şəhər seçki dairəsində Şəkinin icra başçısının müavini Firon Əliyevin oğlu ilə milyonçu Nasir Mustafazadənin oğlu arasında amansız mübarizənin olması gözlənilir.

Belə ki, vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub. Nicat Mustafazadə “Kapital Bank” ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham biznes məktəbinin məzunudur. Atası Nasir Mustafazadə “Azəri Servis LTD”nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun sahib olduğu şirkət irihəcmli tenderlərin “qalibi” olub, əsas sifarişçiləri “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu olub. Həmçinin, “Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk işadamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu.İndi oğlu N.Mustafazadə Şəkidən deputatlığa iddialıdır. Oliqarx oğlunun şanslarının sırf maliyyə hesabına yüksək olduğunu söyləmək olar.

Lakin 113 saylı Şəki şəhər seçki dairəsindən YAP-ın namizədi İskəndərov Vüqar Yapon oğludur. Hazırda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İskəndərov idmançı kimi tanınır. Onun da deputatlıq şansı az deyil.

Bu dairədə oliqarx və Yapon oğlunun əsas rəqibi isə Şəkinin icra başçısının müavini Firon Əliyevin oğludur. Firon Əliyevin 1988-ci il təvəllüdlü oğlu Toğrul Əliyevin namizədliyi 113 saylı Şəki şəhər seçki dairəsindən təsdiq olunub. Toğrul Əliyev keçmiş vergilər naziri Fazil Məmmədova məxsus “SYNERGY GROUP” MMC-də kommersiya departamenti direktoru vəzifəsində çalışır. Firon Əliyev 19 ildən bəridir ki, icra başçısının müavinidir, yerli idarə və müəssisələrin bir çoxunda onun adamları rəhbər vəzifələri tutur. Bir neçə il qabaq başçı ilə müavini F.Əliyev arasında qalmaqal olduğu barədə KİV yazmışdı. Beləliklə, 113 saylı dairəni “ölüm dairəsi” adlandırmaq olar.
Çünki hər üç rəqib gəncdir, şansları bərabərdir və kimin qalib gələcəyini 9 fevral günü biləcəyik. Meydanda oliqarx, Yapon və Firon balaları var. Seçim şəkili seçicilərindir…
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar