Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının abadlaşdırma işlərinin mühüm nüansları... – Ağstafada nələr olur?

Nizaməddin Quliyev Ağstafada Əlinin papağını Vəlinin başına qoyur və Əli papaqsız qalır...

Bir qrup Ağstafa sakinin MilliYol-a ünvanladıqları şikayət məktubunda bir neçə ay əvvəl bu rayona başçı təyin olunan Nizaməddin Quliyevin fəaliyyətindən ciddi narazılıqlarını ifadə ediblər. Sakinlər bildirir ki, Nizaməddin Quliyev Ağstafaya gələn gündən ucuz və çox keyfiyyətsiz dekorativ işlər görməklə məşğul olur və gözdən pərdə asır. Əslində isə Ağstafa şəhəri baxımsızlıqdan xarabaya çevrilir. Xüsusən şəhərin mərkəzi küçəsindən kənara çıxdığı zaman insanlar hara düşdüklərini anlaya bilmirlər.

Son zamanlar isə Ağstafanın parkları da baxımsızlıqdan məhv olmaqdadır. Misal üçün şikayətçilər bildirirlər ki, rayona gələn qonaqların ən çox maraqla getdiyi yerlərdən biri olan və açılışında prezident İlham Əliyevin iştirak etdiyi “Tarixi abidələr” parkı baxımsızlıqdan dağılıb gedir. Maraqlıdır ki, Nizaməddin Quliyev bu parkdakı gül kollarını və işıq dirəklərin sökərək “Bayraq” meydanında və şəhərin digər mərkəzi yerlərində yerləşdirib. İcra baçısı həmin işıq dirəklərini yenidən rənglətdirib və bununla da yeni işıq dirəkləri aldığını göstərməyə çalışır. Təbii ki, “Bayraq” meydanına və şəhərin mərkəzi küçəsinin işıqlandırılması üçün ayrılan vəsaitlər də mənimsənilib.

Şikayət məktubunda qeyd olunur ki, Nizaməddin Quliyev özündən əvvəlki icra başçısının gördüyü işləri sökür və elə həmin avadanlıqları yenidən rəngləyərək harasa qoymaqla rayonda abadlıq işləri aparırlar. Ağstafa sakinləri bu baş verənləri dözülməz hal kimi dəyərləndirirlər. Hətta icra başçısının “abadlıq siyasətinin” mühüm bir hissəsi şəhərdəki ağacların gözvdələrini rəngləməkdən ibarətdir. Bununla isə ağaclara ciddi ziyan vurulur və ağclar quruyurlar. Nizaməddin Quliyevin bu yolla nəyə can atması isə vəlli deyil. Ağstafalılar hesab edirlər ki, bununla Nizaməddin Quliyev sadəcə gözdən pərdə asdmağa çalışır. Bu zaman isə təbiətə və Ağstafa şəhərinin ekololi durumuna vurdyğu ziyanın fərqinə heç varmır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar