Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısından prezidentə şikayət qarşıdurma yaradıb

Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli ilə icra başçısı Ziyəddin Əliyev arasında qarşıdurma yaranıb

PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, buna səbəb H. Günşlinin icra başçısı ilə bağlı ölkə prezidentinə şikayət etməsi olub. Belə ki, ö öz şikayətində icra başçısının vaxtilə Quba hadisələrinə görə həbs olunmuş şəxslərlə hazırda yaxın olmasından narahatlığını bildirib. Həmçinin, şikayətində icra başçısının idarəetməsi, iş adamlarına problem yaratması haqda şikayətlər də məktubunda yer alıb.

Bu məktubdan xəbər tutan Z. Əliyevin iştirakı ilə bir neçə gün əvvəl rayon Ağsaqqallar Şurasının iclası keçirilib. İclas zamanı H. Günəşlinin bu addımı tənqid olunub, ərizasini geri götürmək və şura sədrliyindən istefası tələb olunub.

Məsələ ilə bağlı H. Günəşli “Yeni Sabah”a açıqlama verib. O, belə bir hadisənin baş verdiyini, icra başçısının qanunsuz hərəkətləri ilə bağlı prezidentə müraciət etdiyini qeyd edib.

AŞ sədri icra başçısının tapşırığı ilə Ağsaqqallar Şurasının sədrliyindən kənarlaşdırıla biləcəyini də qeyd edib: “İlin axırında konfransımız olmalıdır, amma ola bilsin, növbədənkənar konfrans keçirilsin və məni uzaqlaşdırsınlar. O da o halda olacaq ki, konfransa kimi icra başçısı özü vəzifəsində qala bilsə…”

H. Günəşli ölkə rəhbərliyindən onun müraciətinə hələlik heç bir cavab verilmədiyini qeyd edib.

Xatırladaq ki, icra başçısı Ziyəddin Əliyev bir meddət əvvəl Avropada dəyəri milyonlarda dollarla ölçülən biznesi ilə gündəmə gəlmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar