Bazar ertəsi, 29 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İcra başçısı Xətaidə yaşıllığı satışa çıxarıb

Paytaxtın Xətai rayon ərazisində yerli icra hakimiyyəti tərəfindən səkilərin, yaşıllıqların ərazisinin satılması keçmiş başçı Razim Məmmədovdan sonra da davam edir. Xətai İH başçısı Rafiq Quliyev bu özbaşınalıqlara son qoyulması əvəzinə rayonda səkilərin, yaşıllıqların zəbt olunmasına göz yumur. Bu qanunsuzluqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də dəstəyini əsirgəmir. Hər iki struktur birləşərək Xətainin altını üstünə çevirməkdədir. Bu dəfə parkın içinə, yaşıllıqları bir restoran tikintisinə qurban veriblər. Belə desək, yaxın dövrdə Xətaidə əhalinin istirahəti, gəzməyə park yeri olmayacaq.

Reportyor.info-nun təqdim edəcəyi foto faktdan da görünür ki, metronun “Əhmədli” stansiyasına yaxın ərazidə ağaclar məhv edilib, obyektlər tikilib, səkilər işğal olunub, bəzi yaşıllıqlar isə mağazaların arasında sıxılıb qalıb, boy ata bilmir. Kadrdan görünür ki, iş adamları Xətai İH-lə dil taparaq bu yerlərdə obyekt tikilməsini davam etdirirlər. Əfsus ki, icra başçısı Rafiq Quliyev Xətai rayonunda köhnə əyyamı yaşadır, bu da problemləri getdikcə dərinləşdirir. Eyni zamanda Şəhərsalma Komitəsi xəlvətcə bu qanunsuz tikintilərə sərəncam verir. Görünür, korrupsiya faktları ilə məmurların həbsi həmkarlarına ibrət dərsi olmur. Prezident dəfələrlə xəbərdarlıq edib ki, məmurlar qanunsuzluğa yol verəcəksə, bağışlanmayacaq. Bakının böyük rayonlarından olan Xətaidə isə bu illər ərzində bir qarış da yer qoymayıblar. Həm sabiq, həm indiki başçı rayonu satışa çıxarıb, küçələr, səkilər, yaşıllıqlar peşkəş olunub. Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əraziyə baxış keçiriləcək. Bu barədə saytımıza bildirilib. Qeyd olunub ki, hər hansı ağac kəsimi aşkarlansa, müvafiq qaydada tədbir görüləcək.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Naxçıvandan qarmaqarışıq xəbərlər... -  Vasif Talıbov bütün varidatını “zorən hərraca” çıxarıb?

Kiçik övladları olan valideynlərə xəbərdarlıq: Baş nazir qərar verdi - Video

Daxili Qoşunların Füzulidə minaya düşmüş hərbçilərinin adları bəlli oldu - Yenilənib, Video

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Yenilənib, Video

Tərəf müqabili ilə sevgi yaşayan, iki dəfə intihara cəhd edən Xalq artisti...

Ərdoğan İƏT ölkələrini  Azərbaycanın yanında olmağa çağırıb

Gözlənilməyən qətlin qurbanının edam tarixçəsi- Əhməd Əhmədovun məhkəmə fotoları

Bakıda məşhur restoranda kütləvi dava - Polis 20 nəfəri saxlayıb...

Ərdoğan: "Zəngəzur dəhlizinin önəmi böyükdür" - Yenilənib

Prezident İlham Əliyev İranın dövlət başçısı ilə görüşüb - Yenilənib

Azərbaycan ordusunun Qubadlı-Laçın istiqamətində hücumu: nə baş vermişdi...

100 milyonluq krediti milyon-milyon “əritmək”… – Sahil Babayevin nazirliyindəki tender korrupsiyasının yeni detalları

Ən çox oxunanalar