Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

İcra başçısı vətəndaşları qəbul etdi - Fotolar

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır

 

Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 3 saylı Zobucuq qəsəbəsində keçirilib. Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, qəsəbədə hal-hazırda 1662 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1662 nəfərə hər ay 99720 manat vahid aylıq müavinət ödənilir, 13 ailəyə ünvanlı sosial yardım təyin edilib, 5 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. 3 saylı Zobucuq qəsəbəsində 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 255 nəfərə müxtəlif növ pensiya və müavinət verilir.  Kənd sakinlərindən 207 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, musiqi məktəbi və mənzil istismar sahəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

pia.az

Fotolar


Şərh yazın.

loading...