Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı Türkanda sakinlərlə görüşdü - Foto

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin və paytaxt rayonlarının başçıları Bakı şəhərinin qəsəbələrində sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər...

Bu görüşlər çərçivəsində Xəzər rayonu Türkan qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sakinlərlə görüş keçirib.

PİA.az xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin də məsul içiləri iştirak edib.

Əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev qəsəbədə görülmüş işlərlə bağlı məlumat verib. Daha sonra isə “Açıq mikrofon” formatında keçirilən görüşdə Xəzər RİH başçısı Elşən Salahov Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinə yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirildiyini bildirib, son vaxtlarda rayonda, eləcə də Türkan qəsəbəsində həyata keçirilən işlərdən danışıb.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Səyyar görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov çıxışında, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verdiyini bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar