Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı tərbiyəçini niyə işdən azad etdi? - Videolar

Lənkəran şəhəri 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızı bağçanın müdiri Aybəniz Hüseynovanın ayrılan ərzağı təyinatı üzrə istifadə etmdiyi haqda ittihamlar səsləndirib:

"2014-2018-ci illərdə Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışmışam. İşdən çıxarılmağıma səbəb dövlət tərəfindən verilən ərzaqların təyinatı üzrə istifadə edilməməsi olub.

Belə ki, bu barədə müdirimiz Aybəniz xanıma yaxşınlaşaraq, fikrimi bildirdim. Hətta məndən əvvəl valideynlər də narazılıqlarını bildirmişdilər.

Aybəniz Hüseynova isə cavabında bildirib ki, xoşunuza gəlmirsə, uşağını başqa bağçaya apar. Mən Aybəniz xanıma o sözü deyəndən üç saat sonra icra nümayəndəliyindən Günəş adlı qadın gəldi və bildirdi ki, sənin bağçada hazırlanan yeməklərə qarışmağa ixtiyarın yoxdur. Və mənə icra başçısının əmri ilə işdən azad edildiyimi dedi. Hazırda haqqımın tanınması üçün məhkəməyə müraciət etmişəm".

N.Mirzəyeva valideynlərlə direktorun bu barədə söhbətindən çəkilmiş videonu da yayıb. Videoda valideynlər uşaqlara verilən yeməyin keyfiyyətsiz olduğunu, bəzi yeməklərdən qurd çıxdığını deyirlər.

Direktor Aybəniz Hüseynova barəsində səsləndirilən fikirləri təkzib edir:

"O müəllimə işə gec gəlirdi, vaxta riayət etmirdi, uşaqlarla məşğələlər keçmirdi. Mən də ona irad bildirdim. Biz nümunəvi bağçayıq, qidayla bağlı problemimiz yoxdur. Dəfələrlə irad bildirsəm də, qaydalara əməl etmədi. Ona görə də işdən çıxarılıb". (Ölkə.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar