Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb

Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb...

Dünən axşam saatlarında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törədib. Neftçaladan PİA.az-a verilən məlumata görə icra başçısı səhər saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Baş verən hadisə ilə bağlı bir neçə mənbə PİA.az-a bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb.

Əldə etdiyimiz məlumata görə hadisəni törədən maşının nömrəsini də polisə hadisə şahidləri verib. Araşdırmadan sonra məlum olub ki, həmin maşın icra başçısı Mirhəsən Seyidova aiddir.

Polisdəki mənbəmiz bildirib ki, buna baxmayaraq Neftçala polis şöbəsinin rəisi prinsipiallıq nümayiş etdirib və işin axıra qədər araşdırılmasını tapşırıb. İcra başçısının evinə gələn polislər başçının maşınına baxış keçirmək istərkən, başçı onlara mane olmaq istəyib. Lakin polisin prinsipiallığı nəticəsində Mirhəsən Seyidovun həyətində hadisəni törədən maşın aşkarlanıb və sənədləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Baş verənlərlə bağlı mərkəzi qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı polis tədqiqatı davam edir.

Qeyd edək ki, hadisənin daha geniş təfərrüatları ilə bağlı sabah məlumat verəcəyik.

Xatıqrladaq ki, Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də ölkə prezidentinin sərəncamı ilə Neftçala rayon İcra Hakimiyyətinin baçısı təyin olunub. O ölkənin ən gənc icra başçısıdır. Bu vəzifəyə təyin olunurkən 31 yaşı vardı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar