Bazar, 07 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İcra başçısı küçələrə çıxdı təbliğat apardı - Foto

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gün ərzində rayon ərazisində Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və ciddi karantin rejiminin tətbiqi ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparıb....

Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də operativ şəkildə icra olunur.

PİA.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Operativ Qərargahın sədri, Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qərargah sədrinin müavini, Qərargah üzvlərindən ibarət qruplar gün ərzində rayon ərazisində - Atatürk, Heydər Əliyev, F.X.Xoyski prospektlərində, Akademik H.Əliyev, A.Neymətulla, Təbriz və digər küçələrdə Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işlərində iştirak ediblər.

Fotolar

Rayonun bütün küçə və binalarının əhatə olunduğu tədbirlərdə Operativ Qərargahın Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Bələdiyyəsi, Mənzil-Kommunal Təsərrüfat Birliyi əməkdaşlarından ibarət 50 qrup istənilən yaşda olan vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları ilə bağlı və evdən çıxma hallarının yaradacağı risklərlə bağlı məlumatlandırıblar.

Bütün təbliğat, ciddi karantin rejimi ilə bağlı maarifləndirmə, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində davam etdirilib.

Həmçinin rayon ərazisində ehtiyacı olan, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır.

Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən ciddi karantin rejiminə və Operativ Qərargahın göstərişlərinə riayət etmələrini xahiş edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

“Agent siyahısında Pənah Hüseynlə İsa Qəmbərin adları olub” - Elçibəyin köməkçisi

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Neftçala rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradıldı — Fotolar

Polis küçəyə çıxan sakinlərlə belə mübarizə aparır

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

Həkim qapadılma rejimindən danışdı: “Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat

loading...

Ən çox oxunanalar