Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı ilə vətəndaş arasında mübahisə - Neftçalalılar gənc başçıya niyə qəzəbləniblər?..

Mirhəsən Seyidovun maska taxmadan küçəyə çıxan yaşlı qadının fotosunu sosial şəbəkədə paylaşması neftçalalıların qəzəbinə səbəb olub...

Neftçaladan PİA.az-a daxil olan məlumatda bildirilir ki, Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidovla Neftçala sakini arasında küçədə mübahisə yaranıb. Mübahisəyə səbəb isə vətəndaşın anasının şəkilinin icra başçısı tərəfindən sosial şəbəkədə paylaşması olub.

Bildirilir ki, icra başçısı Mirhəsən Seyidov rayon mərkəzində gəzinti zamanı maska taxmayan yaşlı bir qadına yaxınlaşaraq onun niyə maska taxmadığına irad tutub. Yaşlı qadın isə evinin yanında olduğunu və bundan sonra iradı nəzərə alacağını deyib. Lakin buna baxmaayaraq Seyidov köməkçisinə qadının şəkilini çəkdirib və şəkilləri icra başçısı özü sosial şəbəkədə paylaşıb. Şəkil sosial şəbəkədə müzakirələrə səbəb olub və başçının bu hərəkəti neftçalalılar tərəfindən narazılıqlıqla qarşılanıb. Qadının ailə üzvləri isə başçıya qəzəbləniblər.

Hadisədən bir neçə gün sonra qadının oğlu “Neftçala” Market deyilən mağazanın qarşısında Mirhəsən Seyidova yaxınlaşaraq anasının fotosunu paylaşdığı üçün ona iradını bildirib, belə bir şeyin bir icra başçısına yaraşmadığını deyib. Bundan sonra isə İcra başçısı, onun köməkçisi və narazı sakin arasında mübahisə yaranıb və bu mübahisə kənardakıların diqqətini cəlb edib. PİA.az-a daxil olan məlumutda bildirilir ki, neftçalalılar Mirhəsən Seyidova iradlarını bildiriblər. İcra başçısı isə mübahisəni yarımçıq kəsərək ərazidən uzaqlaşıb. Bu zaman icra başçısının köməkçisinin maşınını narazı sakinin üzərinə sürdüyü iddia olunur. Bu isə rayon sakinləri arasında çox pis qarşılanıb və ətrafda olanlar icra başçısına qəzəblə etirazlarını bildiriblər.

Qeyd edək ki, Mirhəsən Seyidov Neftçalaya İsmayıl Vəliyevin həbsindən sonra başçı təyin olunub və son zamanlar gənc başçı haqqında qalmaqallı məlumatlar yayılmaqdadır. Onlardan biri də başçının Bakıda bahalı maşınıyla “avtoş”luq hərəkəti etməsi barədə yayılan video olub.

Qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar