Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı ilə rəis arasında qarşıdurma  

Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov vəzifəsindən azad edilib

Bu barədə Qaynarinfo-ya rayondakı mənbələrdən məlumat daxil olub.

Məlumatda N.Məmmədovun işdən çıxarılmasına onunla icra başçısı Rəcəb Babaşov arasında qalmaqalın səbəb olduğu bildirilir.

Xəbərə görə, hələ iki ay öncə, aprelin əvvəllərindən Qazax Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının iştirakı ilə rayonda fəaliyyət göstərən xidmət sahələrinin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirilib. Şəhər və kəndlərdə yaşayan 59 nəfər rayon sakininin müraciətləri əsasında keçirilən müşavirədə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti müzakirə olunub.

Elə həmin iclasda icra başçısı yerli məmurlara sərt mesajlar verib. "Heç bir idarə, müəssisə və təşkilat rəhbəri ölkə başçısının yürütdüyü siyasətə kölgə sala bilməz”, - deyən icra başçısı qeyd edib ki, əksinə onlar davranışı, göstərdiyi diqqət və qayğı ilə vətəndaşlara nümunə olmalıdır.

Sonra vətəndaşların xidmət sahələrinin gördüyü işlərin keyfiyyəti ilə bağlı fikirləri öyrənilib, onları narahat edən məsələlər dinlənilib. 59 nəfərin müraciətinə əsasən xidmətində nöqsanları olan Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədova ciddi xəbərdarlıq olunub.

Bəzi iddialara görə, R.Babaşovla N.Məmmədov arasında münasibətlər bir müddətdir kəskin imiş. Hətta icra başçısının keçmiş rəis hələ vəzifədə ikən ünvanına kəskin ifadələr işlətdiyi, qarşı tərəfin də rayon rəhbərini sakitləşdirməyə çalışdığına dair xəbərlər dolaşır.

Lakin belə görünür, yerli Telekommunikasiya Qovşağının rəisinə ciddi xəbərdarlıq edilməsi də onlar arsındakı "soyuq müharibə"ni səngitməyib və sonda N.Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Bu arada sabiq rəisin artıq Şəmkir rayon Regional Təhsil İdarəsində işə başladığı da deyilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar