Çərşənbə, 01 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İcra başçısı eşşək südünü 80 manata satırmış...

Fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və onun kadrları haqda maraqlı məlumatlar yayılıb...

PİA.az xəbər verir ki, Moderator.az-a danışan Neftçala sakini adının çəkilməsini istəməyib. O, icra başçısının və Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun ferması olduğunu bildirib:

"İsmayıl Vəliyevin rayonda bir çox obyektləri və o cümlədən eşşək ferması mövcud idi. Burda saxlanılan eşşəyin südünü isə 80 manata satırdılar. İcra başçısının aylıq gəliri isə 2 milyon idi. Hər ay bütün məktəb direktorlarından 150, məktəb müəllimlərinin maaşından isə 10 manat tutularaq İ.Vəliyevə verilirdi. Təhsil şöbəsinin müdiri Əjdər Kərimov hər ay İ.Vəliyevə özü 2000 manat rüşvət verib".

"Baş həkim Telman Zahidov hər ay İ.Vəliyevə 3000 manat rüşvət verib. Bunun üçün hər ay həkimlərin 20, tibb bacılarının maaşından isə 10 manat tutulub. Əməliyyat edən cərrahlar isə hər bir əməliyyata görə baş həkimə 100 manat pul veriblər. T.Zahidovun özünün həyətində ferması var idi. Orda təxminən 150 baş heyvan saxlayırdı. Heyvanlara isə Məşğulluq İdarəsinə cəlb edilən işçilər qulluq edirdi. Həmin işçilərə isə maaş kartı vasitəsilə 400 manat pul verilsə də, hər ay maaşlarından 200 manat tutulurdu. Bir sözlə, rayonda bütün fəhlələrin, həkimlərin, müəllimlərin, tibb bacılarının maaşından tutub İ.Vəliyevə rüşvət verirdilər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı

Ancaq əmək müqaviləsi olanlara maddi yardım ediləcək - Açıqlama

“Mən hüquqşünas-zadam?” – Vitse-spiker əsəbiləşdi

Mübariz Mənsimov İlham Əliyevə və Ərdoğana müraciət etdi

Koronavirusun Çində labaratoriyadan ətrafa sızdığı təsdiqlənir

"Elə adam var ki, evində çörək almağa pulu yoxdur"

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə yaşayış sahələri veriləcək

Neftçalada daha bir vəzifəli şəxsə cinayət işi açıldı

Siyavuş Novruzov: "Bir ay domino oynama, nə olacaq?!"

Putin Ermənistanla bağlı qərar verdi və "Qırmızı xətti" keçdi – erməni mediası

Kuryoz hadisə: Telefonu Merkelin üzünə bağladı

loading...

Ən çox oxunanalar