Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra başçısı deyir ki, şikayət etsən, pensiyanı kəsdirib səni acından öldürərik”

“Ailəmizdə 3 əlil var, yağan qar-yağış tamamilə evə dolur...”

Göyçay rayon, H.Əliyev küçəsi, ev 176 sakini, 1-ci qrup əlil Əhmədov Şahin İdris oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi yazır:

“Mən Əhmədov Şahin İdris oğlu, 1956-cı ildə Göyçay rayonunda anadan olmuşam. 1965-ci ildə 9 yaşım olanda serebral iflici nəticəsində hər iki əl və ayağımdan məhrum olmuşam. Həmin vaxtdan məni əlil arabasında gəzdirirlər. Valideyinlərimin köməkliyi ilə orta təhsil almışam. Ailəliyəm, iki övladım var. Hər ikisi ailəlidir. Həmçinin həyat yoldaşım və oğlum da acınacağlı xəstədirlər, əlildilər.

Bizim ailə mənim aldığım pensiya ilə dolanır. Üstəlik, hər ay müalicəmi də pensiyamın pulu ilə etdirirəm.

Bizim ailə 1950-ci ildə tikilmişmiş qəzalı evdə yaşayır. Xüsusən də evin dam örtüyü çox bərbad vəziyyətdədir. Yağan qar-yağış tamamilə evə dolur. Dəfərlə rayondakı aidiyyati qrumlara məlumat vermişəm.

Bir müddət öncə rayonda əsən güclü külək nəticəsində evin dam örtüyündəki şiferləri külək daha da aralı etdi. İndi yağan yağış əvvəlkindən daha çox evə dolur. Göyçay rayon icra başçısının 1-ci muavini İkram Vəliyevin və icra aparatının bir çox məmurlarının qəbulunda olmuşam. Onlar isə bizim fondda pul olmadığını deyərək, məni yola veriblər.

İcra başçısı Mehdi Səlimzadə mənə deyir ki, yüksək vəzifəli şəxslərə şikayət etsən, sənin üçün böyük problem yaradarıq, pensiyanı kəsdirib səni acından öldürərik.

Keçən həftə məni rayon icra aparatına çağırdılar. Bundan öncə prezidentə və baş nazirə yazdığım məktublara görə məni incitdilər və təkrarən təhdid etdilər ki, sənin üçün çox pis olar, ağıllı ol dedilər.

17 oktyabr 2019-cu il tarixdə isə Göyçay rayon İcra Hakimiyyətindən və rayon Mənzil Istismarı idarəsindən bzə nümayəndələr gəlib dedilər ki, bizim büdcədə evi təmir edəcək həmin məbləğ yoxdur.

Qeyd edim ki, Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan bu günə qədər ancaq torpaq satmaqla, bazar maqazin açmaqla məşğuldur. Onun yarıtmaz fəaliyyətinə görə rayon sakinləri əziyyət çəkirlər.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm, nümayəndənizi göndərin, gəlib 3 nəfər əlilin yaşadığı mənzilin hansı bərbad vəziyyətdə olmasını gözləri ilə görsünlər və Sizə məruzə etsinlər. Mən köməyi Sizdən və Allahdan istəyirəm. Göyçay rayon icra başçısının fəaliyyəti ancaq kommersiya maraqlarına xidmət etməkdədir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(hurriyet.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar