Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İçərişəhərdə “Lada”lar “öskürə-öskürə” hərəkət edir” - Natıonal geographıc

"Bakıdakı “ London taksiləri” qara deyil, bənövşəyi rəngdədir. Bu, bəlkə də, Azərbaycan xalqının tərəvəzlərə olan sevgisinin göstəricisidir"... 

Bu maraqlı təsbit dünyanın ən məşhur coğrafiya-səyahət jurnalı olan “NATIONAL GEOGRAPHIC”-ə aiddir. Dərginin yazarı Fəridə Zeynalovanın qələmə aldığı “Yazarın qeydləri: Fəridə Zeynalova yenidən Bakıya qayıdıb” sərlövhəli məqalədə paytaxtımızın keçmişi ilə bu günü müqayisə olunub.

Azərbaycan oxucusu üçün maraqlı ola biləcəyini nəzərə alıb məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik.

Əgər Bakının necə şəhər olduğunu anlamaq istəyirsinizsə, bulvarda gəzişin. Mənim Azərbaycanın paytaxtı haqda ilk xatirəm məhz Xəzər dənizin sahilində anamla gəzintilə bağlıdır: anamın əlindən tutmuşdum, digər əlimdə isə Sovet dövründə “doğulmuş” konus formalı südlü “Plombir” dondurması var idi.

Bakı bulvarı 1909-cu ildə olduğu kimi, həmin vaxt da bütün azərbaycanlıların görüş yeri, ən sevimli məkan idi: musiqiçilərin, ailələrin, məşhur professorların, köhnə taxta stullarda oturub domino oynayan kişilərin və s. Sonuncu qrupa Bakının hər yerində rast gəlinirdi. Analarla nənələr isə Qız qalasının kölgəsindəki skamyalarda oturar və çox vaxt hansı qızın hansı oğlana uyğun olub-olmadığı haqda müzakirələr aparırdı. Hərdən adama elə gəlirdi ki, havada hər zaman kabab qoxusu var. Sahildə qəribə, paslanmış neft buruğunun olduğu sakit dəniz mənzərəsini seyr etmək olardı.

Mən Sovet İttifaqı dağılan dövrdə, yəni 1991-ci ildə Bakıda anadan olmuşam. 1970-ci illərdə tikilmiş, şəhərin mərkəzindən bir neçə mil məsafədə yerləşən hündürmərtəbəli binada boya-başa çatmışam. Bakı həmin vaxt sadə şəhər idi. Amma o, insanda böyük ümidlər yaradırdı. Burada kifayət qədər sərbəst yaşaya bilirdik.

Şəhərin yaxın keçmişinə nəzər yetirsək, bu gün onun necə dəyişdiyini görə bilərik. Azərbaycanda qədim zərdüştlük tarixinin olduğuna eyham vuran “Alov qüllələri” 21-ci əsr Bakısının rəmzinə çevrilib. Köhnə “Lada” taksilərinisə parlayan “London taksiləri” əvəzləyib. Doğrudur, Bakıdakı “ London taksiləri” qara deyil, bənövşəyi rəngdədir. Bu, bəlkə də, Azərbaycan xalqının tərəvəzlərə olan sevgisinin göstəricisidir.

Xəzər dənizində tarixi onilliklərə uzanan neft buruqları bu gün müasir konsert zalının, yaxta klubunun və açılışı bu ilə planlaşdırılan hündürmərtəbəli, geometrik ticarət mərkəzinin arxasında qalıb...

Şəhərə son səfərim xoş bazar günü tezdən başladı. Taksi ilə Nəsimi rayonundan şəhərin mərkəzinə gedirdim. “Tikirlər, tikirlər və yenə də tikirlər”, - deyə taksi sürücüsü Murad qarşıdakı göydələnlərə işarə edərək, başını yelləyirdi. “Bakı əsrlər boyu dəyişib. Farslar, türklər, daha sonra ruslar. İndisə belə”, - deyə o, əlavə edir. Danışarkən onun sıx bığının altından 4 qızıl diş görünür...

Nəhayət, şəhərdə ən sevdiyim məkanına çatıram. Bu, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş, tarixi orta əsrlərədək uzanan İçərişəhərdir. Şəhərin bu qədim hissəsində hər yanda şabalıdı rəngdə eyvanlar görünür, nənələr ənənəvi təndirdə çörək bişirir, çay daşlarının döşəndiyi dar küçələr boyu “Lada”lar sanki “öskürə-öskürə” hərəkət edir.

Mən hələ uşaqlığımda İçərişəhərin ən qiymətli incisi sayılan Qız qalasına valeh olmuşdum. Onu bulvardan yalnız Neftçilər prospekti ayırır. Tarixi 12-ci əsrə uzanan bu silindir formalı abidə ilə bağlı çox əfsanələr dolaşır. Bura qala da olub, zərdüşt məbədi də. Amma mənimçün onunla bağlı ən yaddaqalan hekayə budur: xanın qızı sevmədiyi oğlana zorla ərə verildiyi üçün özünü bu qaladan atıb. Qalanın adı da məhz bu əfsanədən götürülüb.

Müasir dövrdə bu səkkiz mərtəbəli muzey şəhərin keçdiyi təkamül yolunun göstəricisi də sayıla bilər. Bakıya səfər zamanı Qız qalasına baş çəkməmək, onun dar, yorucu pilləkənlərini qalxmamaq doğru olmazdı. Onun zirvəsinə ilk dəfə 1994-cü ildə, yəni cəmi 4 yaşım olarkən anamla qalxmışam. Amma mənə bu yaşımda belə, Qız qalasına qalxmaq asan görünmür. Onun zirvəsindən açılan möhtəşəm mənzərə bizə Bakının zəngin keçmişini göstərir: qədim və yeni məscidlərin minarələri, Sovet dövrünün “tetris” quruluşuna malik hündürmərtəbəli binaları, İçərişəhərdəki hamamların günbəz formalı damları, bir zamanlar Bakıda yaşamış neft baronlarının dəqiqliklə ərsəyə gətirilmiş malikanələri... Əlbəttə ki, buradan günəşin işıqları altında parlayan yeni şüşə binaları nəzərdən qaçırmaq mümkün deyil. Bəzi göydələnlərdə isə tikinti işləri hələ başa çatmayıb.

Qız qalasından çıxıram və sayı-hesabı olmayan xalça dükanlarının qarşısı ilə addımlayıram. Mağazalardan birində bir xalçanı bəyənirəm, qiymətini aşağı salmağa çalışıram. Bir əlində təsbeh çevirən, digər əlində isə “iPhone” markalı telefon tutmuş satıcını razı sala bilmirəm. Sonda təslim oluram və İçərişəhərin daha sakit küçələrinə doğru yol alıram. Qarşıma küçə süpürən yaşlı qadın çıxır. Sanki ona mane oldum...

Havanın hərarəti getdikcə artır, küçədə daha çox insan görünməyə başyayır. Orta əsrə aid qala divarlarının yaxınlığında yerləşən Nizami parkındayam. Yolüstü şorqoğalı da almışam. Parkda əyləşib qoğal yeyə-yeyə şəhərə baxıram. Keçmiş günləri xatırlayıram, amma Bakıya bir daha heyran oluram. Yaxınlığında əyləşdiyim Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin binası çox gözəldir. Onun qarşısında Azərbaycanın böyük şair və yazarlarının heykəlləri ucalır.

Amma Bakıda sükut uzun çəkmir. Yaxınlıqda yerləşən Fəvvarələr meydanından gələn səs getdikcə artır. İki kişi hansısa bayağı mövzuda qızğın mübahisə edir. İstiqlaliyyət küçəsindən gələn səs də hər saniyə artır. Şəhərim oyanır...

Bələdçi kitabının müəllifi kimi, Bakını yenidən görmək məndə gözəl hislər oyadır. Mən bu küçələrdə “Plombir” yeyə-yeyə danışmağa, gəzməyə öyrənmişəm. Son illərdə çox dəyişmiş küçələr bu gün turistlər tərəfindən kəşf edilir. Yeni parlayan göydələnlərlə dəbdəbəli otellər şəhərin dirçəlişini göstərir. Amma buranın insanlarına görə Bakı yenə də ən sadə şəhər olaraq qalır. Hislərimi insanlarla bölüşəcəyim anı səbirsizliklə gözləyirəm...

Fəridə Zeynalova,
NATIONAL GEOGRAPHIC
Böyük Britaniya
02.07.2020

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar