Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və IRCICA arasında memorandum imzalanıb

Memorandumu Əsgər Ələkbərov və Xalid Ərən imzalayıblar.

Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi (IRCICA) arasında rəsmi memorandum imzalanıb.

Xəbər verilir ki, memorandumu İdarənin sədri Əsgər Ələkbərov və IRCICA-nın baş katibi Xalid Ərən imzalayıblar.

Əsgər Ələkbərov bildirib ki, IRCICA Azərbaycanın mədəni irsinin tanıdılmasında böyük işlər görüb: "Bunun davamı olaraq, ötən il noyabrın 26-da İstanbulda qarşılıqlı əməkdaşlığa dair müqavilə imzaladıq. Bu gün isə müvafiq memarondum imzalayırıq. Bildiyiniz kimi, bu torpaqlarda tarix boyu böyük sənətkarlar yaşayıblar. Bu il keçiriləcək festivalda sənətkarlarımızın əl işlərini təqdim edəcəyik".

Xalid Ərən isə bu əməkdaşlığın daha da dərinləşməsindən məmnun olduğunu söyləyib: "Bir çox planımız var, onlardan biri də Qarabağdakı mədəni mirasın qorunması ilə bağlıdır. Bundan başqa biz IRCICA olaraq "İçərişəhər" qoruğunun zəngin əl sənətlərini dünyaya tanıtdırmaq üçün çalışırıq. Bu məqsədlə sentyabr ayında sənətkarlıq festival keçirilməsi planlaşdırılır".

"İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə əlaqədar olaraq sənətkarlıq festivalının İmadəddin Nəsimiyə həsr olunacağını deyib.

Qeyd edək ki, IRCICA 1980-ci ildə fəaliyyətə başlayıb, hazırda 56 İslam ölkəsini öz ətrafında birləşdirir.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar