Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq? - Açıqlama

"İcbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək"

Bunu Modern.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən bildiriblər.

Rəsmi məlumata görə, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir:

"Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği və bu xidmətlərdən istifadə şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Agentlikdən həmçinin bildirilib ki, "Tibbi sığorta haqqında" Qanunun 15-4.1.2-ci maddəsinə əsasən sığortaolunanın Azərbaycan Respublikasında dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək hüququ var:

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var".

Qeyd edək ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə 1 yanvar 2020-ci ildən başlanılacaq.

pia.az


Etiket: Tibbi sığorta


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar