Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcazə sənədi olanlar niyə cərimələnirlər?

Məlum olduğu kimi, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə iyulun 5-dən etibarən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələbini pozan qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub...

İyunda qaydalara uyğun olaraq portal vasitəsilə icazə almış vətəndaşlar sərt karantin müddətinin uzadılması səbəbindən 4 iyul tarixində icazə müddətini 20 iyula kimi yeniləsələr də, dünən axşam saatlarından bir çox şirkətin əməkdaşlarının, taksi fəaliyyəti göstərən şəxslərin, o cümlədən, VÖEN-li sahibkarların icazələrinin bir qismi ləğv edilib.

Vətəndaşlar isə əllərində yeni, təsdiqlənmiş icazə sənədi olduğu üçün icazə portalında adlarını yoxlamadan evdən çıxıblar. Və dünəndən etibarən polis tərəfindən cərimələnməyə başlayıblar. Onlara sistemdə adlarının olmadığı və bu halın da qanun pozuntusu hesab edildiyi bildirilib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu haqda vətəndaşlara əvvəlki günlərdə xəbərdarlıq olunub və cərimələrlə bağlı güzəşt gözlənilmir:

“Cərimələnən şəxslərə nə güzəşt oluna bilər axı? Biz dedik ki, hamı icazə portalında adının olub-olmamasına baxsın. Hər kəs adını portala daxil etmiş vəzifəli şəxslə, işlədiyi təşkilatın rəhbəri ilə əlaqə saxlasın, dəqiqləşdirsin. Yaxşı olar ki, vətəndaşlar həmin informasiyanı dəqiqləşdirdikdən sonra evini tərk eləsin. İndi onlara nə güzəşt edilə bilər? Qərara əsasən bütün sahələrdə 50%-dək işçilərin sayı məhdudlaşdırılır. Faktiki olaraq həmin şəxslər bu gün karantin rejimini pozmuş sayılır.

Qaydalara uyğun olaraq da adı portalda olmayan və ya çıxarılan şəxslərin hərəkətləri karantin şəraitinin pozulması kimi qiymətləndirilir. Həmin hərəkət də inzibatı məsuliyyətə səbəb olur. Burada polis əməkdaşının heç bir günahı yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar