Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Məmmədov: "Sərhədlərin tam bağlanması müzakirə olunur"

Dövlət məcburdur ki, bunu məhdudlaşdırsın. Yəni çarter reysləri və təyyarə uçuşlarında qadağalar qoyulsun...

“Vətənə qayıtmaq hər bir azərbaycanlının təbii hüququdur, heç kəs onu məhdudlaşdıra bilməz və məhdudlaşdırmır. Amma texniki imkanlar, fövqəladə vəziyyətin, planlaşdırılmayan, gözlənilməz halda bizi yaxalamış situasiyanın yaratdığı məhdudiyyətlər var”.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, Azərbaycana qayıdan istər vətəndaşlarımız, istər başqa ölkələrin vətəndaşları olsun, onların karantinə alınması 10 milyon əhalinin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir: “O insanların karantinə alınmadan ünvanlara buraxılması 10 milyon vətəndaşın təhlükəsizliyinə təhdid yaradır. Amma karantin infrastrukturun da bir həcmi, həddi var. Adamlar gəldikcə, karantinə yerləşdikcə, bu karantin infrastrukturunun imkanları tükənir. Hətta getdikcə daha çox xəstəxana bu prosesə cəlb olunur, sahibkarlar öz otellərini dövlətə qeyd-şərtsiz təqdim edirlər. Hətta bəzi sahibkarlar otellərdə karantinə alınmış insanları ərzaqla təmin edirlər, bu ağır zamanda dövlətlə, xalqla həmrəylik nümayiş etdirirlər. Amma bütün bunlara baxmayaraq, ölkəyə qayıdan insanların artması artıq getdikcə daha çox imkanlar tələb edir. Bu imkanlar da sərhədsiz, hüdudsuz deyil. Yəqin ki, Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, çox yaxşı olar ki, valideynlər, qohumlar xaricdə olan övladlarına, qohumlarına tövsiyə etsinlər ki, onlar olduqları yerlərdə qalsınlar: “Bu, həm də həmin insanların özlərinin şəxsi sağlamlığı baxımından daha təhlükəsizdir. Yəni olduqları yerdə evdə özlərini təcrid edirlər, şəhərə çıxmır, ictimai nəqliyyatda, aeroportda olmur və təyyarəyə minmirlər. Bütün bunlar onların təhlükəsizliyinə təhdiddir. Ona görə də həmin insanlar olduqları ölkələrdə evlərdə qalsalar, daha məsləhətdir. Digər tərəfdən, o insanlar Azərbaycana qayıtdıqda karantin infrastrukturunda yerləşdirmək olmur. Bunun qarşısını almaq üçün mütləq qohumlar və valideynlər tövsiyə etməlidirlər. Digər halda dövlət məcburdur ki, bunu məhdudlaşdırsın. Yəni çarter reysləri və təyyarə uçuşlarında qadağalar qoyulsun. Düzdür, bu qadağalar, məhdudiyyətlər qoyulub. Amma bu da müzakirə mövzusudur ki, uçuşlar tamamilə dayandırılsın, sərhədlər tamamilə bağlansın, gediş-gəliş tamamilə dayandırılsın. Bu da müzakirə edilən variantlardan biridir".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar