Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Kalın Trampın köməkçisi ilə Qarabağ məsələsini müzakirə etdi

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn arasında telefon danışığı baş tutub.

Bu barədə “TGRT Haber” məlumat yayıb.

Telefon söhbəti zamanı tərəflər həmçinin Azərbaycanla Ermənistan arasındakı gərginliyə toxunublar.

Söhbət zamanı Qarabağ məsələsinə diplomatik yollarla həll axtarışlarının vacib olduğu vurğulanıb, Ermənistan tərəfinin atəşkəsi pozması hallarının və dinc əhalini hədəf alan hücumlarının beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğu bildirilib. Davamlı və daimi sülhə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan tamamilə geri çəkilməsinin vacib olduğu fikri təkrarlanıb.

Danışıq zamanı həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı beynəlxalq ictimaiyyətin BMT TŞ və ATƏT qərarları çərçivəsində qəti addımlar atmalı olması da vurğulanıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar