Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Kalın: “S-400-lərə görə ABŞ-ın Türkiyəyə təzyiq etməsi əks nəticələrə səbəb ola bilər”

Rusiyadan S-400 zenit raket komplekslərinin alınması ilə əlaqədar ABŞ-ın Türkiyəyə təzyiq etməsi əks nəticələrə səbəb ola bilər”.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Bir ölkə bizə maksimalist mövqe ilə yanaşanda və ya “bizim dediyimiz kimi olacaq, ya da başqa cür olmaz” tərzində tələblər irəli sürəndə bu hal bizi digər istiqamətlərə sürükləyir”, - deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında bəzi fikir ayrılıqları olsa da, onları danışıqlar masasında aradan qaldırmaq mümkün olub.

“Nəyə görə ABŞ-la da bu cür davrana bilməyək?”, - deyə İ.Kalın sual ünvanlayıb.

O qeyd edib ki, Türkiyə S-400-lərə NATO-nun müdafiə sistemini pozmayacaq şəkildə sahib ola bilər.

“Bu məsələlər açıq və dürüst şəkildə konstruktiv dialoq yolu ilə həll edilə bilər. Amerikalı siyasətçilər bizim bu məsələlərə nə qədər ciddi yanaşdığımızı anlamalıdır. S-400-lərin alınması barədə qərar bir gecə də verilməyib”, - deyə İ.Kalın vurğulayıb.

pia.az 


Etiket: İbrahim Kalın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar