Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

I qrupda bəzi ixtisaslarda keçid balları artacaq - Yenilənib

Bu il I qrupda rekord iştirakçı qeydə alınıb.

PİA.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, bu il I qrup üzrə 33 min adam iştirak edib:

"Bu, ötən illə müqayisədə 5 min nəfər artıqdır. I qrup üçün 16499 plan yeri verilib. Lakin plan yerlərində artım iştirakçı sayındakı artımdan az olduğu üçün o qədər də təsir etməyəcək. I qrup üzrə 600 baldan yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 2 dəfə artıb. Bu o deməkdir ki, I qrupda müəyyən ixtisasların keçid balları artacaq".

***

"I qrupda kompüter elmləri, mühəndisliyi və informasiya texnologiyaları kimi nüfuzlu ixtisaslarda çox yüksək keçid ballarının olacağı gözlənilir".

PİA.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

"10 il qabaq kimsə desəydi ki, hüquq fakültəsinin keçid balı informasiya texnologiyaları ixtisaslarından az olacaq, heç kim inanmazdı. Bu il belə olacaq. Əmək bazarında baş verən dəyişiklikləri abituriyentlərin ixtisas seçimində də görürük. Bəzən ixtisas seçimləri çox zaman kortəbii aparılır. Yaxşı olardı ki, valideynlər uşaqları ilə birgə müzakirələr aparsınlar", - DİM sədri vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar