Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseynbala Mirələmovun videosunu yayan kimdir?

Məlum olduğu kimi, ötən gün sabiq millət vəkili, YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çalışdığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının onlayn iclasında katibəsinə qarşı etdiyi qeyri-etik hərəkətilə gündəmə gəldi.

PİA.az xəbər verir ki, sözügedən video bir neçə dəqiqə ərzində sosial şəbəkələrdə sürətlə yayıldı. Hər kəs 76 yaşlı sabiq deputatı etdiyi hərəkətə görə tənqid etməyə başladı.

Görüntülərin yayılmasından sonra universitetinin mətbuat xidməti ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri Hüseynbala Mirələmovun bu gün səhər öz ərizəsi ilə işdən azad olunduğunu açıqladı. Həmçinin məsələ sabiq deputatın mənəvi-əxlaqi dəyərlərdən uzaq davranışı mənsub olduğu partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib və həmin davranışa sabahkı iclasda qiymət verilməsi gözlənilir.

Videonun ortaya çıxması özü ilə bərabər xeyli suallar gətirdi. Bəziləri sözügedən kadrların hələ bir neçə ay əvvəl - ADNSU-nun yanvarın 27-də keçirilən onlayn iclası zamanı qeydə alındığını güman edirlər. Hesab olunur ki, bu şəxsi həyata müdaxilədir və məqsədli şəkildə ortaya atılıb. Bəs əslində bu kadrların yayılması şəxsi həyata müdaxilə hesab oluna bilərmi? Qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid hesab edir ki, bu cür videoların yayılması cəmiyyətimizdə insanların bir-birinə qarşı kin, küdurət, qəzəb hissini artırır, xaotik vəziyyət yaradır və mənəviyyatı bulandırır:

“Bunu kimlər edirsə, qarşısını almaq lazımdır. Yeni texnologiyalar çıxıb, bunu İT sahəsində mütəxəssislər edir və ya kimlərinsə əli ilə edirlər, xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları bu məsələlərlə bağlı sistemli çalışmalar aparmalıdırlar. Artıq bu nə mediadır, nə də ifadə və söz azadlığı. Bu insanların həyatına, şəxsi həyatına bir zərbədir”.

R. Məcid həmçinin bildirib ki, H. Mirələmov bir yazıçı, uzun illər millət vəkili olmuş şəxs kimi mənəvi məsuliyyət daşıyır və o cür qeyri-etik hərəkət etməməli idi:

“Bu yəqin ki Mirələmova qarşı, onu nüfuzdan salmaq üçün hazırlanıb. Bəlkə də, bunun qarşısında hansısa maddi maraq da durub. Hətta bunu Mirələmov yəqin ki, bilib də, bəlkə də onun qarşısına hansısa şərtlər qoyulub. Bütün bunları araşdırmaq lazımdır, bunlar ayrı məsələdir. Burada qızı o cür üzü açıq şəkildə vermək qızın həyatına təhlükədir. Biz bu gün intiharlardan danışırıq. Bu videonu yayanlar o qızı intihara sürükləyirlər. Qızın ətrafı, qohumları, tanışları var və qız dəhşətli depressiyaya düşə bilər. Camaatın lağlağı ilə yanaşması qızın taleyinə təsir edə bilər. Yeni texnologiyalar bizim cəmiyyətə xaotik vəziyyət gətirib və mən bundan narahat oluram. Bu məsələyə həm hüquq-mühafizə orqanları tərəfindən qiymət verilməlidir, həm də cəmiyyətimizin özü tərəfindən qınaq olmalıdır”.

Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, ictimai fiqurun belə bir videosunun yayılması həmin şəxsin ifşa edilməsi baxımından zəruridir.

“Bu gün 15 il Parlamentdə deputat yerini tutan, özünə "ziyalı", "yazıçı", "65 kitab müəllifi" deyən zatın iş yerində, onlayn görüş əsnasında tabeçiliyində işləyən şəxsə qarşı, onun xəbəri olmadan seksual qısnamaya yol verməsi çox iyrənc hərəkətdir və hüquqi nəticələr yaradan əməldir. Bir siyasətçinin, ictimai fiqurun belə bir hərəkətə yol verməsinin ictimai çəkisi mövcuddur və videonun yayılması həmin şəxsin ifşa edilməsi, toplum önündə, hüquq önündə hesab verməsi üçün zəruridir”.

Lakin hüquqşünas hesab edir ki, zərərçəkən şəxsin kimliyini identifikasiya edən görüntü və məlumatların kütləvi informasiya vasitələrində həmin şəxsin razılığı olmadan yayması hüquqi baxımdan yolverilən deyil: “Görüntüdəki zərəçəkən şəxsin üz cizgiləri örtülmədən yayılmamalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Ən çox oxunanalar