Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Hüquq müdafiəçiləri hakimiyyəti amnistiya və əfv elan etməyə çağırıblar

Monitorinqi Mərkəzi, Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyi hakimiyyətə geniş amnistiya və əfv elan etmək çağırışı ilə müraciət ediblər. Onlar bu aktları 145 siyasi məhbusa şamil etməyi təklif ediblər. Bu barədə Turan-a Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Hüquq müdafiəçilərinin dar formatda keçirilən bugünki görüşündə 2015-ci ilin noyabrından etibarən faktiki olaraq fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu Nardaran qəsəbəsindəki vəziyyətə xüsusi diqqət yetirilib.

Nardarana giriş hələ də məhduddur. Polis qəsəbəyə gələnləri yoxlayır. Yerli sakinlər arasında sistemli şəkildə 3-5 gün müddətinə həbslər olur. Məscidlərə getmək qadağandır”, deyə bu məsələ ilə bağlı məruzəçi Zemfira Hüseynova bildirib.

Fəallar hakimiyyəti Nardaranda məhdudiyyətləri ləğv etməyə və yerli sakinlərə qarşı təzyiqə son qoymağa çağırıblar.

Müharibə Əlil və Veteranlar İctimai Birliyinin üzvü Mübariz Əliyev İkinci Qarabağ müharibəsi veteranlarının əlillik alması ilə bağlı problemlərə diqqət çəkib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin veteranların banklara olan borclarının silinməsi haqqında qərarına baxmayaraq, maliyyə müəssisələri onlardan kreditləri ödəməyi tələb edir. Əliyev həmçinin hərbiçilərin maaşının aşağı olmasına diqqət çəkib.

Hüquq müdafiəçisi Mehdi Şamilli diqqəti ömürlük həbs cəzası çəkən şəxslərin probleminə cəlb edib. Onlar 1990-cı illərin ortalarında güllələnməyə məhkum ediliblər, ölüm cəzası ləğv edildikdən sonra isə onların cəzası ən ağır cəza olan ömürlük həbslə əvəz olunub. Amma onlar artıq 25 il və daha artıq həbs cəzası çəkiblər. Onların bir hissəsi siyasi məhbus kimi tanınıb.

İclas iştirakçıları hakimiyyəti bu şəxsləri, habelə “Nardaran işi” ilə bağlı həbs edilmiş, ağır xəstə olan İbrahim Xudaverdiyevi əfv etməyə çağırıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

“Azercell Telekom”a yeni prezident təyin olunub

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Ən çox oxunanalar