Salyan rayonunda bədbəxt hadisə qeydə alınıb
APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Pambıqkənd kənd sakini,1984-cü il təvəllüdlü Qasımov Kamil Aqış oğlu hündürlükdən yıxılıb.
Müxtəlif dərəcəli xəsarətlər alan K.Qasımov Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki. ağır kəllə-beyin travması alan yaralı komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Salyan Polis Şöbəsində araşdırma aparılır.
Pia.az