Çərşənbə, 02 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

““Human Rights Watch” hesabatı birtərəflidir və gerçəkliyi əks etdirmir” - REAL-çı deputat

“Human Rights Watch” təşkilatı Azərbaycanı komalaşmış döyüş sursatlarından (cluster munitions) istifadə etdiyinə görə tənqid edib, bunun beynəlxalq hüquqa zidd olduğunu yazıb. Doğrudur, komalaşmış döyüş sursatlarını qadağan edən beynəlxalq anlaşma var və dünyanın bir çox ölkəsi ona qoşulub. Qoşulmayanların arasında ABŞ, Rusiya, Çin kimi dövlətlər var. Həmçinin Ermənistanla Azərbaycan da ona qoşulmayıblar. Odur ki, formal hüquqi baxımdan nə Ermənistan, nə də Azərbaycan komalaşmış döyüş sursatlarından istifadə etdiyinə görə beynəlxalq hüququ pozmuş sayıla bilər”.

PİA.az xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli deyib.

O qeyd edib ki, “Human Rights Watch” ancaq Azərbaycanı tənqid edib, çünki o hesabatı Ermənistan tərəfdə çalışan əməkdaşı yazıb:

““Human Rights Watch” Azərbaycana da öz əməkdaşını göndərmək istəyirdi. Məndən də dolayısıyla yardım etmək xahiş olunmuşdu. Əlaqələrimdən istifadə edib hökumətin diqqətinə çatdırmağa çalışdım. Alınmadı. Buraxmadılar. “Human Rights Watch”un əməkdaşı Azərbaycana gələ bilsə idi, Ermənistanın da bizə qarşı həmin silahlardan atdığını görə bilərdi. O zaman hesabat daha tarazlı olardı. İndiki halda isə hesabat birtərəflidir və gerçəkliyi əks etdirmir. Hökumət bunu anlamalı idi. Bunun belə ola biləcəyini dəfələrlə izah etməyə çalışsam da, yanlış qərar verdilər”. 

Qadağan olunmuş silahlara gəldikdə isə deputat vurğulayıb ki, “Human Rights Watch” komalaşmış döyüş sursatlarına dair seçdiyi yanaşmanı piyadalara qarşı minalara da tətbiq etməli idi:

“Dünyanın əksər ölkələri bu cür minaların istifadəsini qadağan edən beynəlxalq anlaşmaya qoşulublar. Qoşulmayanların arasında ABŞ, Rusiya, Çin və s., eləcə də ErmənistanAzərbaycan var. “Human Rights Watch” Azərbaycanı komalaşmış döyüş sursatlarından istifadə etdiyinə görə tənqid etdiyi kimi, Ermənistanı da piyadalara qarşı minalardan istifadə etdiyinə görə tənqid edə bilərdi. Bir halda ki, bizi qoşulmadığımız anlaşmanı pozmaqda suçlayırlar, eyni yanaşmanı Ermənistana da tətbiq etməli idilər. Bunu rahat edə bilərdilər, çünki Ermənistan tərəfdə çalışan əməkdaşları vardı. Etmədilər”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa...“ - Jirayr Liparityan

Liparityan: “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi”

Qazaxın işğal olunmuş 7 kəndi ilə bağlı açıqlama

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - Sərəncam

Pentaqondan Azərbaycan ordusunun Qarabağ döyüşü təcrübəsini öyrənmək üçün daha bir qərar

Ermənistan Tehranın təklif etdiyi planı qəbul etmədi, Azərbaycan isə... – İran səfiri

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi - Rəsmi

Ofşor şirkətindən ödəmə və Əhməd Əhmədzadənin oğluna məxsus milyonluq mülk

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı rəsmi açıqlama

loading...

Ən çox oxunanalar