Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi: Hmeymim aviabazasına strateji bombardmançılar endi

Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiyanın Suriyanın şimalındakı İdlib bölgəsinə son günlər artan hava zərbələrindən narahatlıq ifadə edib. Nazir bəyan edib ki, bu hava hücumları Rusiya ilə imzalanmış memoranduma ziddir.

Virtualaz.org xəbər verir ki, HulusiAkar bu bəyanatla prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 29-da baş tutacaq kritik danışıqları ərəfəsində, Müdafiə Nazirliyində keçirilmiş müşavirədə çıxış edib. Həmin danışıqlarda əsas mövzulardan biri İdlib olacaq.

“Biz Rusiya ilə razılaşmanın prinsiplərinə sadiqik və onlara diqqətlə əməl edirik. Amma son vaxtlar hava hücumlarının sayı artıb. Biz bəyan edirik ki, bu qarşılıqlı anlaşma memorandumuna uyğun deyil. Bununla bağlı danışıqlar bütün səviyyələrdə davam edir”,-Hulusi Akar bildirib.

Bu arada Rusiya mənbələri Suriyadakı Hmeymim aviabazasına yenidən Tu-22M3 strateji bombardmançılarının endiyini xəbər verir. Bu təyyarələrin İdlibdəki müxalif yaraqlıların möqelərinə taktiki zərbələrin endirilməsi üçün göndərildiyi təxmin edilir. Bundan əvvəl isə Türkiyə Suriyanın şimalına əlavə olaraq minlərlə hərbçi və çoxsaylı texnika yeritmişdi.

Xəbərlərə görə, Əsəd ordusu Rusiyanın dəstəyi ilə İdlibə yeni hücuma hazırlaşır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar