Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hövsanda şəhidin nəşi gizlədilib?

Bir neçə gündür ki, sosial şəbəkələrdə Suraxanı rayonu, Hövsan qəsəbəsinə şəhid nəşi gətirilməsi barədə dəqiqləşdirilməmiş məlumatlar tirajlanır...

Hətta iki gündür ki, bu xəbərə inanan sakinlər qəsəbə və Hövsan kənd sakinləri şəhidini qarşılamaq üçün qəsəbədə yerləşən parkın ətrafına toplaşaraq saatlarla gözləyirlər.

Şəhid xəbərləri ilə bağlı bir neçə versiya səsləndirilir. Bəzi şəxslər tərəfindən bildirilir ki, Hövsan sakini, bir neçə aydır hərbi xidmətə getmiş Xankişiyev Tural adlı əsgər Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub. İddia olunur ki, şəhidin nəşi qəsəbə sakinlərindən gizlin şəkildə, Hövsan kənddə yerləşən baba evindən götürülüb və elə kənd qəbiristanlığında da səssizcə dəfn edilib.

Başqa qruplarda isə şəhidin adının Tural olduğu və ailəsinin qəsəbədə "Pekarni" adlanan ərazidə yaşadığı iddia olunur.

Hövsan qəsəbəsində yaşayan əsgər valideynləri Dominant.az-a açıqlamalarında bu məlumatlara aydınlıq gətirilməsini xahiş ediblər: "Xahiş edirik ki, bu xəbərlər araşdırılsın. Əgər yalandısa, bu təxribat xarakterli məlumatları yayanlar ifşa olunsun, lazımi şəkildə cəzalandırılsınlar. Nə qədər əsgər valideyni var ki, neçə gündür yuxusu ərşə çəkilib. Bu neçə gün ərzində nə çəkdiyimizi bir Allah bilir, bir də özümüz. Bizə bunu yaşatmağa heç kimin haqqı yoxdur".

Dominant.az olaraq məsələyə aydınlıq gətirmək məqsədilə əvvəlcə Hövsan daxilində araşdırma apardıq. Kənd qəbiristanlığının mollası, kənd ərazi nümayəndəsi, həmçinin bir sıra kənd sakinləri ilə əlaqə saxladıq. Danışdığımız hər kəs belə bir hadisə barədə xəbərsiz olduğunu dedi.

Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov da Hövsana şəhid nəşinin gətirilmədiyini bildirdi: “Hövsanda 4 qəbiristanlıq var və orada kiminsə dəfn olunması üçün bizə ölüm kağızı təqdim olunur. Bu günlər ərzində heç bir qəbiristanlıqla bağlı bizə belə müraciət daxil olmayıb. Əgər şəhidimiz olsaydı, biz onun nəşini izdihamla qarşılayıb, izdihamla da dəfn edərdik. Yayılan məlumatlar yalandır”.

Yayılmış məlumatlarla bağlı Müdafiə Nazirliyinə də sorğu göndərdik. Təəssüf ki, üzərindən bir gün keçməsinə baxmayaraq, MN-nin "operativ" fəliyyət göstərən mətbuat xidmətindən sorğumuza cavab verilmədi.

pia.az


Etiket: şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar