Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto

Paytaxtın Hövsan qəsəbəsindən Suraxanıya işləyən 161 saylı marşrut xəttində olan avtobuslar sərnişinləri boğaza yığıb.

Yerli sakinləri bu xətt üzrə fəaliyyət göstərən sınıq-salxaq, natəmiz, oturacaqları bərbad vəziyyətdə olan avtobuslarda gedib-gəlməkdən cana doyublar.

Onların Reportyor.info-ya dediyinə görə, hər gün Hövsan sakinləri 161 saylı marşrutda zülm və işgəncə ilə üzləşirlər.

Sərnişinlər deyirlər ki, “Transgeyt” şirkətinə məxsus olan bu avtobuslar dağılıb-tökülüb, istismar müddəti başa çatmaq üzrədir, amma yığışdırılmır. Söhbətləşdiyimiz Hövsan sakinlərinin sözlərinə görə, onlar dəfələrlə bu marşrut xəttinin bağlanması üçün müraciət ediblər.

Hətta Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Eldar Əzizov da “Transgeyt”in bu bərba avtobuslarının yığışdırılmalı olduğunu söyləyib.

Amma bu günə qədər Bakı merinin göstərişinə və sakinlərin tələblərinə məhəl qoyulmur, sözügedən şirkət yarıtmaz fəaliyyətini davam etdirir.

Sakinlər bildirirlər ki, paytaxt gündən-günə yeniləşir, müasirləşir, ictimai nəqliyyat infrastrukturunda dəyişikliklər olunur, lakin Hövsanın 161 nömrəli sınıq-salxaq avtobuslardan canı qurtarmaq bilmir.

Onlar arzulayırlar ki, tezliklə səsləri eşidilsin, sözügedən marşrut xətti bağlansın, bir çox istiqamətlərə olduğu kimi Hövsan-Suraxanı üzrə də normal avtobuslar fəaliyyətə başlasın.

Şikayətçilər deyirlər ki, 161 saylı avtobuslar istifadəyə yararsızdır, sərnişinlər əziyyət çəkir, heç bir nizam-intizama, intervala riayət olunmur.

Hövsan sakinləri xahiş edirlər ki, müvafiq qurumlar onlara köməklik göstərsin, səliqəli, komfort avtobusları bu qəsəbədə də görsünlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar