Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hövsan və Abşeron Olimpiya İdman Kompleksləri müvəqqəti xəstəxana kimi istifadə olunacaq 

Yeni növ koronavirus (COVİD19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

PİA.az xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı xəstəxanaya baxış keçiriblər.

İyulun ilk həftəsindən təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə başlanılan hər iki komplekslərdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi mis borular çəkilib, binanın daxilində müasir paylayıcı avadanlıqlar quraşdırılıb. Çarpayı sayına uyğun palatalarda divar tipli oksigen ötürücü, tənzimləyici və nəmləndirici avadanlıq və maskalar quraşdırılıb.

Komplekslərdə COVİD19 xəstələrinin müalicəsində zəruri hesab edilən oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınaraq komplekslərin hər birinin ərazisində 54 kub/metr gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Stansiyada 75 kVt gücündə Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 54 kub/metr (900 litr/saniyə) gücündə, 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan Medisam oksigen generatoru, xüsusi filter dəstləri və digər avadanlıqlar quraşdırılıb.

Eyni zamanda stansiyada ehtiyyat oksigen tutumları quraşdırılaraq onların avtomatik təchizata qoşulmasını təmin edən 150 kub/saat gücündə idarəetmə sistemi qurulmuşdur. Stansiyaları elektrik enerjisi ilə təmin etmək üçün yeni xətlər çəkilmişdir.Ümumilikdə Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin binaları qaydalara uyğun şəkildə funksional zonalara bölünərək xəstələrin qəbulu və evə yazılması, tibb heyətinin binaya təhlükəsiz giriş-çıxışı, qida və digər malların binaya qaydalara uyğun şəkildə qəbul edilməsi və paylanması üçün lazımi keçid şlüzləri yaradılmışdır. Binada dərman və dezinfeksiya vasitələrinin, tibb heyətinin qoruyucu vasitə və geyimlərinin, digər malların saxlanması üçün anbarlar, həkim otaqları, növbətçi tibb bacısı postları və digər zəruri otaqlar yaradılıb. Palatalar müvafiq sayda tibbi çarpayılar, rəflər, yataq dəstləri və dəsmallarla təchiz edilib. Palatalara elektrik xətləri çəkilib.

Abşeron Olimpiya İdman Kompleksinin 3 idman zalında və foyesində müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 277 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı yaradılıb. Tibb heyətinin istirahət və yaşayışı üçün kompleksin 45 nəfərlik mehmanxanasından istifadə nəzərdə tutulmuşdur. Kompleksdə fəaliyyət göstərən yeməkxana və çamaşırxanada tibb heyətinin istifadəsinə veriləcək.

Hövsan Olimpiya İdman Kompleksinin 2 idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı quraşdılıb. Hər iki kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılmış, cari təmir işləri görülüb əlavə zəruri kommunikasiya xətləri və sitemləri çəkilmiş, sistem, avadanlıqların müvafiq yoxlanma, təmir, gücləndirmə işləri icra edilmişdir. Binalara giriş-çıxış üçün əlavə panduslar quraşdırılıb.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

PKK-nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

loading...

Ən çox oxunanalar