Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hövsan 1” stansiyasının ərazisindən dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Hövsan 1” stansiyasının ərazisindən dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb...

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Suraxanı rayonunda yerləşən “Hövsan 1” stansiyasının ərazisindən hər birinin uzunluğu 2 metr olan dəmir məhəccərlər naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarına məlumat daxil olan kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində dəmir məhəccərlərin Göyçay rayon sakini, əvvəllə məhkum olunmuş Aqil Hacıyev tərəfindən törədildiyi məlum olub. Saxlanılaraq Polis Şöbəsinə gətirilən həmin şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, A.Hacıyev oğurladığı dəmir məhəccərləri metal qəbul məntəqələrindən birinə dəyər-dəyməzinə satıb.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər.

pia.az

 

 

 

 

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar