Şənbə, 28 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hörmətlə seçilən, nifrətlə yola salınan Prezident – Corc Vaşinqton

Öz xalqına güllə atmış Corc Vaşinqton ABŞ üçün nəyi qoruya bilib?..

Corc Vaşinqtonun Amerika və dünya tarixində demokratiyanın atası kimi yer aldığı mövqe bəzən onun öz zəmanəsində üzləşdiyi sınaqları və tarixi gerçəkliyi pərdələyir.

“Hamı Vaşinqtonu sevirdi, ta prezident olanadək,” Gillian Brockell yazır.

Tarixçi Alexis Kounun Amerikanın banisi haqda yazdığı bioqrafiyanı şərh edən müəllif demokratiya tarixinin ən parlaq şəxsiyyətlərindən biri sayılan adamın üzləşdiyi sınaqları qeyd edərkən demokratiya yolunun nə dərəcədə qeyri-hamar olduğuna diqqət çəkir.

Hakimiyyətə gələndə atəşfəşanlıqlarla, hədsiz xalq sevgisi ilə qarşılaşan Vaşinqton prezidentliyinin sonuna yaxın bəzi dariələrdə az qala ikrah obyektinə çevrilmişdi. İş o yerə çatmışdı ki, Konqres prezidentin ad gününü təbrik etmək üçün 30 dəqiqəlik tənəffüs götürmək təklifini belə rədd etmişdi.

Az adam bilir ki, Vaşinqton Konqresdə vida çıxışını edəndə, ona qarşı ictimai-siyasi qəzəb o həddə idi ki, bəziləri əl çalmaqdan imtina etmişdi. Onların sırasında Birləşmiş Ştatların gələcək prezidenti Endryu Cekson da var idi.

Hakimiyyətə gələn gündən Vaşinqtonun üzləşdiyi dilemmalar demokratik idarəçiliyin, konsensual hökumət saxlamağın məşəqqətlərinə maraqlı nümunədir.

Məsələn, bilirdinizmi ki, Vaşinqtonun İngiltərə ilə bağladığı saziş o qədər narazılıqla qarşılanmışdı ki, Fransa səfiri on min amerikanı Filadelfiya küçələrinə çağıraraq Vaşinqtonu evindən “sürükləyib çıxarmaqla” hədələmişdi?

Yaxud, hakimiyyətinin ilk günlərində qiyamla üzləşən Vaşinqton ordudan öz vətəndaşlarına qarşı istifadə etmək məcburiyyətində qalan ilk və yeganə prezident olmuşdu?

Sözsüz ki, Vaşinqton cəsur və misilsiz siyasi irsə malik liderdir. Amma o, kamil deyildi – və onun idarəçiliyi haqda çağdaş ictimai təsəvvür o vaxtkı reallıqdan daha ürəkaçandır.

İnsanlarda keçmişə baxıb onu ideallaşdırmaq həvəsi adətən güclü olur, nostalji hissləri keçmişin bir çox mənfi cəhətlərini ört-basdır edir.

Ancaq bu heç də o demək deyil ki, Vaşinqtonun əldə etdiyi həqiqi nailiyyətlər – dünyanın ən qüdrətli imperiyasını məğlub etməsi, vətəninə istiqlaliyyət bəxş etməsi, dünya düzənini dəyişəcək demokratik respublika qurması, körpə demokratiyanı ayaq üstə dirçəltməsi, onun ilk rəhbəri olaraq hakimiyyətdən könüllü çəkilməsi nəhəng nailiyyətlər deyil.

Eyni zamanda Amerika demokratiyasının qüdrətini tək bir adamın adına bağlamaq ədalətli olmazdı.

Deyilənə görə, Konstitutsiya Qurultayından çıxarkən bir qrup nigaran vətəndaş Bencamin Franklinə yaxınlaşaraq nümayəndələrin nə yaratdığını soruşur. “Respublika – əgər saxlaya bilsəz,” deyə Franklin cavab verir.

Əsrlərin müxtəlif sınaqları ilə üzləşən amerikanlar həmin respublikanı qoruyub saxlamağa nail olublar – bəzi hallarda minlərlə insanın qanı bahasına.

“Azadlığı məhv olmaqdan cəmi bir nəsil saxlayır,”- Birləşmiş Ştatların 40-cı prezidenti Ronald Reyqan müşahidə etmişdi. “Biz bunu uşaqlarımıza genlə ötürməmişik. Onun uğrunda savaşılmalıdır, qorunmalıdır və növbəti nəslə miras qoyulmalıdır ki, onlar da eyni şeyi edə bilsinlər.”

Reyqan anlayırdı ki, demokratiya və azadlıq bu idealları qoruyan nəslin mübarizliyi, həmin ideallar naminə mücadiləyə hazırlığı qədər vardır. Əgər uğrunda ölən yoxdursa – istər bayraq olsun, istərsə də Konstitutsiya – daimi heç nə yoxdur.

Vaşinqtonun ağrılı təcrübəsi öz vətənlərində demokratiya görmək istəyənlər üçün də ibrət dərsi ola bilər.

Demokratiyalar səliqəsiz olur, liderlər bəzən qeyri-populyar qərarlar verir – hətta, Britaniya Baş Naziri Vinston Çörçill kimi, bəzən xilas etdiyi millət tərəfindən səsvermə yolu ilə hakimiyyətdən uzaqlaşdırılır.

Həqiqi demokratik liderlər tənqid olunur, məsxərəyə qoyulur, hətta söyülür – bəzən haqlı, bəzən də haqsız yerə. Ancaq onların irsini qısa dönəmdəki emosiyalar, taktiki manevrlər, ara-sıra xətalar müəyyən etmir.

Siyasi irsin qüdrətini onun dayanıqlığı, təşviq etdiyi dəyərlərin humanizmi, universallığı, zəfəri, vaxtsızlığı müəyyən edir. Corc Vaşinqton kimi bu imtiyazı qazanmaq hər liderə nəsib olmur.(Amerikanın Səsi)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Corc Vaşinqton


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - Rəsmi açıqlama

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ

Koronavirus haqqında danışanlar həbs ediləcək – Qadağa

İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İlham İsmayıl: “Bu, bir qorxu psixologiyasıdır”

Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - Rəsmi

Koronaya yoluxan Consonu müşaviri qaçaraq tərk etdi - Video

Sabahdan rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq

Geyim əşyaları da virus daşıyıcısı ola bilər - Video

loading...

Ən çox oxunanalar