Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Honkonqda yenidən aksiyalar başladı: Polis gözyaşardıcı qaz tətbiq edib

Bu gün Honkonqda yenidən etiraz aksiyaları başlayıb

Bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Aksiyaçılar daha çox Çimsaçey rayonunda toplaşıb, polis şöbəsində yandırıcı maddə doldurulmuş butulkalar atıblar. Ən azı 7 metro stansiyası təhlükəsizlik tədbirləri ilə əlaqədar bağlanıb. Polis aksiyaçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edir. Polis silah saxlamaqda və onu aksiyaçılara verməkdə ittiham edilən iki nəfəri də saxlayıb.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 5 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini “bir ölkə, iki sistem” prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.

Oktyabrın 4-də isə aksiyalar zamanı maska taxılmasına qadağanı və maska taxanların 3,2 min dollar cərimələnməsini nəzərdə tutan qanunun qəbul edilməsi növbəti gərginliyə yol açıb. (APA)

pia.az


Etiket: Honkonq aksiyalar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar