Bazar, 27 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Homoseksual səfir, “Trampın qulağı”, Rusiya, İran və “Huaweı” düşməni…

ABŞ-ın yeni kəşfiyyat rəhbərinin xarakteristikası...

Benyamin Vayntal

“Jerusalem Post”, 21.02. 2020

ABŞ prezidenti Donald Trampın Amerikanın Almaniyadakı səfiri Riçard Qrenelli milli kəşfiyyat direktoru vəzifəsinə təyin etməsi xarici siyasət mütəxəssislərinin diqqətindədir.

ABŞ hökumətində Qrenellin meteor sürətilə yüksəlişi işgüzarlıq, sərt diplomatiya və analitik məlumatları becid mənimsəməsinə əsaslanıb. Bu üçlük onun 2018-ci ildən bəri Almaniyada səfir vəzifəsini tutmasını şərtləndirib.

Məhz bu həftə Qrenell “Tvitter”də yazıb: “Almaniyanın NATO xərclərini artırmaq, NS2 (“Nord Stream 2”) və “Hizbullah” qadağası, habelə nasist qvardiyaçısının geri qaytarılması və s. dair ABŞ-ın tələblərinə məhəl qoymadığını izlədim. Ümumi məqsədimizin taktikasını müzakirə etməyə hazıram. Üslubumuz işləkdir”.

Qrenell hərbi büdcəsini artırmaq üçün Almaniyanı NATO-nun tələbini yerinə yetirməyə məcbur edib və Rusiyanın “Nord Stream 2” qaz sistemindən asılılıq yaratmamaq üçün Almaniyaya təzyiq göstərib.

İllər keçdikcə rəsmi Berlin Qərb dəyərlərindən uzaqlaşıb.

Səfir nasist düşərgəsinin gözətçisi olmuş Yakiv Palicini Almaniyanın qəbul etməsini təmin etmək üçün kansler Angela Merkelin hökumətinin qulağını burub.

ABŞ-ın Almaniyadakı əvvəlki səfirləri Palicin federal respublikaya daxil olmasına icazə vermək üçün alman hökumətinə təsir edə bilməyiblər. Qrenell isə bunu bacarıb.

Qrenell Merkel hökumətinə Amerikanın sanksiyalarını pozaraq terrorizmin ən pis sponsoru olan İran rejiminə 400 milyon dollardan çox pul göndərməsinə mane olub. Bu pul İran rejimi tərəfindən suriyalı vətəndaşlara, yəmənlilərə və israillilərə qarşı müharibəni maliyyələşdirmək üçün istifadə edilə bilərdi.

O, Almaniya hökumətini İranın “terrorçular üçün hava yolu” olan “Mahan Air”-ə qadağa qoymasına inandırmağa müvəffəq olub.

1050 “Hizbullah”çının vəsait və yeni üzvlər topladığı federal respublikada hərəkatı qadağan etməsi üçün davamlı təbliğat Bundestaqda müvafiq qətnaməsinin qəbulunda vacib rol oynayıb.

Qrenell alman səlahiyyətliləri ilə söhbətlərində “Hizbullah”ın tam qadağan edilməsi məsələsini qaldırıb.

ABŞ prezidenti Tramp Qrenellin uğurlarını açıq şəkildə nəzərə alıb.

Çərşənbə günü o, “Yəhudi Xəbərləri Sindikatı” (JNS) müxbiri Orit Arfa bildirib: “ABŞ-ın Almaniyadakı səfiri olmaq istəməyimin səbəblərindən biri Almaniya-ABŞ əlaqələrini Almaniya hökumətinin etmədiyi nöqtəyə qədər dərinləşdirmək və genişləndirmək istəyim idi”.

Qrenell Almaniya prezidenti Frank-Valter Staynmayerin keçən həftə «səhvən» İslam İnqilabı münasibəti ilə İrana təbrik məktub göndərməsini də “əngəlləyib”.

ABŞ səfiri bankları İsraili hədəf alan “Boykot”, “Divestment”, “Sanksiya” təşkilatlarının hesablarını bağlamağa çağıran ilk Amerika elçisi olub.

Qrenell İsraili yer üzündən silməklə hədələyən İranın təhdidlərini Merkel rəhbərliyinin nəzərə almasına çalışıb. Merkel İranın İsraili xəritədən silmək təhdidini “İsrail əleyhinə ritorika” sayır.

“İsrailin məhvlə hədələmək, xüsusilə terroru mütəmadi olaraq qorxutma silahı kimi istifadə edən İran rejimi səlahiyyətlilərinin sürəkli təhdidləri səsləndiyi zaman rədd edilməməlidir”, – deyə ötən ilin oktyabr ayında səfir “Fox News”-a bildirib. Qrenell İranın təhdidlərinin “antisemitik” olduğunu söyləyib.

İranın Məclis üzvü, Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Müctəba Zonnur həmin oktyabr ayında demişdi: “İsrail və ya Amerika səhvə yol versə, İsrail 20 və ya 30 dəqiqədən çox yaşamaz”.

Keçən il İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanı general-mayor Hüseyn Səlami də rəsmi “IRNA” agentliyində yəhudi dövlətini məhvi çağırışı çıxış edib.

Səlami İİKK liderlərinin auditoriyası qarşısında çıxış edərək bildirib: “Bu mənfur rejimi xəritədən silmək lazımdır və bu artıq… xəyal deyil, əldə edilə biləcək hədəfdir”.

İsrailin təhlükəsizlik və müdafiə rəsmilərinə gəlincə, Qrenellin İran rejiminə qarşı açıq fikirləri ona qucaq açdırır. Qrenell terrorizmin bütün formalarına qarşı mübarizədəki səylərinə görə İsrail diplomatları və təhlükəsizlik rəsmiləri tərəfindən çoxdan bəyənilib.

Tramp Çərşənbə günü “tweet”-ində yazıb: “Almaniyadakı çoxhörmətli səfirimiz Riçard Qrenellin Milli Təhlükəsizlik Agentliyi direktoru vəzifəsini icra edəcəyini bildirməkdən məmnunam. Riç ölkəmizi çox yaxşı təmsil edib və mən də onunla birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.

Qrenell indi yeni rolda Amerikanın 17 kəşfiyyat agentliyinə nəzarət edəcək.

Çərşənbə günü Ağ Ev bəyan edib: “Səfir Qrenell Senat tərəfindən 2018-ci ilin aprel ayında səfir vəzifəsinə təsdiqlənib və bir neçə əlavə vəzifədə, o cümlədən Serbiya-Kosovo üzrə xüsusi elçisi olaraq Kəşfiyyat Birliyimizlə işləmək təcrübəsinə malikdir. Danışıqlarda və Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatı nümayəndəsi olaraq”.

Bəyanatda əlavə edilib: “Təhlükəsizliyimizin asılı olduğu Kəşfiyyat Birliyinin başçısı kimi o, qeyri-siyasi, bitərəf yanaşmaya sadiqdir. Prezident səfir Qrenellin yeni vəzifəsini qətiyyətlə yerinə yetirəcəyinə əminliyini ifadə edib”.

Bəzi tənqidçilər Qrenellin kəşfiyyat təcrübəsinin yoxluğunu vurğulayırlar. Bununla belə, Qrenell illərdir kəşfiyyat və antiterror məsələləri ilə məşğul olur. Veteran diplomat və xarici siyasət üzrə mütəxəssisdir.

Almaniyada səfir işlədiyi illərdə, ABŞ-ın BMT-də ən uzun müddətli nümayəndəsi dövrü ilə birlikdə, o, ABŞ və müttəfiqləri üçün təhdidlərə qarşı çıxmağı təmin edib.

“Washington Examiner”-in köşə yazarı Tom Roqan bildirib: “Qrenellin simasında Tramp indi milli təhlükəsizlik məsələlərində rəhbərlik etmək üçün ağıllı, sadiq bir adama sahib olduğunu söyləyib. Ancaq kəşfiyyat cəmiyyəti də öz rəyinə sahibdir: “Trampın qulağı”. Hər iki tərəf Amerikanın maraqları üçün ümumi dil tapa bilər”.

Qrenell ABŞ tarixində hökumətin ilk aşkar gey üzvü olacaq. Keçən il yeni kəşfiyyat direktoru dünyada homoseksuallığı cinayət növü kimi ləğv etmək üçün beynəlxalq kampaniyaya başlayıb.

Siyasi jurnalist Roqan yazıb: “Riçard Qrenelli milli kəşfiyyatın yeni direktoru təyin etmək İran və “Huawei” üçün ən pis xəbərdir”.

Qrenell ABŞ-ın Almaniyadakı səfiri olaraq qalacaq. Yəni Almaniyada kommunist Çinin “Huawei” şəbəkəsini, İranın totalitar rejimini və Vladimir Putinin “Nord Stream 2” enerji layihəsini dəstəkləyən siyasi düşərgə bundan məmnun olmayacaq.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfər Mehdiyevi əvəz etməsi gözlənilən Azər Məmmədov kimdir?

Gömrük Komitəsinin açıqlaması gülüşə səbəb oldu - Foto

"Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir" - Turan İbrahimov

Ermənilər növbəti təxribat törədib, Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var

Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Rusiya nəşrindən etiraf: ““Qafqaz-2020” təlimlərində mesaj  Ankara və Bakıya ünvanlanmışdı”

Estetik əməliyyatın qurbanı olan məşhurlarımız - Fotolar

DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev həbsdən buraxıldılar 

Məmur övladlarının milyonluq maşın kolleksiyası - Fotolar 

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilərin döyüş fəaliyyətinin qarşısı alınır

Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir

loading...

Ən çox oxunanalar