Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hökumət vətəndaşlara “maska pulu” ödəyəcəkmi?

Əli Əsədovun dövlət büdcəsini doldurması üçün işləyən ailə başçısı öz büdcəsindən maskaya 1 ayda 30 manat xərcləməlidir...

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılıb. Buna baxmayaraq, mayın 31-dən xüsusi karantin rejimi dövründə qoyulan məhdudiyyətlərin bir qisminin ləğv olunması nəticəsində ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub. Eyni zamanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib. Bununla yanaşı, Azərbaycan Respublikası Baş Nazirinin qərarı ilə yumşalma dövründə əhalinin qapalı məkanlarda və ictimai nəqliyyatda, növbələrdə dayananda maskadan istifadəsinin məcburi olması yönündə qərarlar qəbul edilib. Bu qərarın tətbiqinin səmərəliliyi üçün maska taxmayanların cərimələnməsi də müəyyən edilib.

Müvafiq yerlərdə maska taxmayanları 50-400 manat arasında cərimə gözləyir

Bu cərimələrin tətbiqi üçün mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Məlum olduğu kimi, sözügedən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcəklər. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Qeyd edildiyi kimi, maska taxmamağa görə cərimələrin məbləğinin müəyyən edilməsi karantin dövründə insanların sağlamlığını qorumaq məqsədilə tibbi maskadan istifadənin vacib olduğu barədə Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskadan istifadə tövsiyəsini nəzərə alan hökumətin, şəxsən Baş Nazir Əli Əsədovun xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarına əsasən baş tutub.

AzToday.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə maska taxılması tələb edilən məkanların siyahısı da müəyyən edilib: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Əli Əsədov “maska pulu” verməsə, aztəminatlı ailə maskaya gündə 1 manat 20 qəpik xərcləməlidir

Bura qədər hər şey aydındır, maskanın taxılmasının məcburi olduğu yerlər də, ona görə cərimələr də məlumdur. Bəs görəsən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən hər hansı bir səbəbdən istifadə edə bilmədiyinə görə cərimələnəcək sadə vətəndaşların maska xərcini hansı gəlir hesabına qarşılayacağı barədə qərarı imzalayan hörmətli Baş Nazir və cərimələri təsdiq edən deputatlar niyə fikirləşmirlər? Axı son vaxtlara qədər hökumətin ayırdığı 190 manata möhtac olan ailə başçısı Baş Nazir və deputatlar kimi 3-5 min arası məvacib ala bilmir ki, hələ “maska pulu” da ayırsın.
Bununla belə, məlum olduğu kimi, hazırda apteklərdə ən ucuz maskanın qiyməti 30 qəpikdir. Ümumdünya Səhiyyə Təşkilatının və digər tibb mütəxəssislərinin tövsiyələrini nəzərə alsaq, bu maskalar hər 3 saatdan bir dəyişdirilməlidir. Əks halda həmin maskanın özü virus daşıyıcısı olacaq. İşə gedən bir ailə başçısı bir gündə 4 dəfə maska dəyişsə, əlavə olaraq bir gündə 1 manat 20 qəpik lazımdır ki, maska alsın. Yəni orta hesabla 25 gün işə gedən bir şəxsə “maska pulu” üçün ən azı 30 manat lazım olacaq. Deməli, işləyən ailə başçısı və digər aztəminatlı şəxs uşaqların “çörək pulu”ndan 30 manat kəsib maskaya xərcləməlidir. Bu zaman belə bir sual yaranır: cəmiyyətin rəyini nəzərə almadan qərar qəbul edən və bu qərara görə parlamentdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdirən Nazirlər Kabineti və şəxsən Baş Nazir Əli Əsədov əhali üçün “maska pulu” ödənməsi haqqında niyə heç nə fikirləşmir?

Çörək almağa pulu güclə tapanlar cərimə olunmasın deyə 1 maska alıb onu karantin bitənə qədər istifadə edəcək

Bu məqamda sözügedən qaydalara əməl etməli olan, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə cərimələnəcək əhalinin nə fikirlərişdiyinə toxunmaq istərdik. Sosial şəbəkədə bu xəbərlərə reaksiya verən vətəndaşların əksəriyyətinin münasibəti olduqca mənfidir. Hətta bir ailənin 1 ayda çörəyə verdiyi qədər xərcə görə və maska taxılmaması səbəbindən cərimələrə görə əhalinin ayağa qalxacağını, hökumətin büdcəni doldurmaq üçün belə bir addım atdığını deyənlər və yazanlar da var: “Əhaliyə iş verməkdən, iş yeri açmaqdan və çörək pulu qazandırmaq əvəzinə hökumət cərimə yazmağı fikirləşir. Heç kim öz kefinə görə küçəyə çıxmır, ailəsi üçün çörək pulu qazanmaq üçün çıxır. Onu da qazanıb sizə verəcək?”.

Bəzi vətəndaşlar isə xüsusi karantin rejimini bilərəkdən uzadıldığını, bu qaydaların da, cərimələrin də verilən yardımın qaytarılması üçün nəzərdə tutulduğunu iddia edirlər. Amma əhalinin qorumağa xidmət edən bu qaydanın sadə əhalinin lap da özünü təhlükəyə atmağına səbəb olacağını nəzər almağa çağıran vətəndaşlar da var: “Maskalar hər 2 saatdan bir dəyişdirilmədiyi halda əksinə xəstəlik mənbəyi olur. Çörək almağa pulu güclə tapan camaatımız cərimə olunmasın deyə 1 maska alıb onu karantin bitənə qədər istifadə edəcək”.

Vətəndaşlardan biri isə yazır ki, karantindən əvvəl Çindən gələn maskanı “Sədərək” Ticarət Mərkəzindən topdan qiymətlə 4 qəpiyə alıb, 10 qəpiyə satırmış. Bu halda indi bizdə istehsal edilən həmin maskaların neçəyə başa gəlməsi və niyə 30 qəpiyə satılmasının əsas məqsədi haqqında suallar yaranır.

Ən nəhayət, vətəndaşlar belə bir fikirdədirlər ki, hökumət bütün qeyd edilənləri və “maska pulu”nun ailə büdcəsinə təsirini nəzərə alaraq bəzi addımlar atmalıdır. Yəni maska koronavirusdan qorunmaq üçün vacib olduğunu birmənalı qəbul edən Nazirlər Kabineti dünyanın bir çox ölkələrində olduğu kimi, bu maskaların xüsusi karantin rejimi bitənə qədər qeyd edilən məkanlarda pulsuz təşkil edilməsi haqqında fikirləşə bilməzdimi?

O halda vətəndaşların maskaların satış qiymətinin baha olması, qaydaların və cərimələrin məqsədli şəkildə nəzərdə tutulması barədə hökumətə qarşı iddialarına da birdəfəlik son qoyula bilərdi. Yəni özünün ailə büdcəsində “maska yükü” hiss etməyən vətəndaş sağlamlığı üçün tətbiq edilən qaydalardan narahat olmaz, bununla da əhalinin hökumətdən və dövlətdən narazılığına son qoyulardı.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: maska pulu


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

""Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..

“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

"İnsanlar virusa yox,sizə inanmır " - Azər Qəribdən TƏBİB -ə sərt təndiq

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

15 İyul çevrilişini hazırlayan proseslər: Fəthullah Güləni zirvəyə çıxaran kim idi?..

“Elmar Məmmədyarov təmiz ailədən çıxıb" - Qohumu

"Surət Hüseynov ağalarının əmrini yerinə yetirdi" - Rəsul Quliyev

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

loading...

Ən çox oxunanalar