Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökümət üzvlərinin bazarlarda reydləri qiymətə təsir edir?

İqtisadçı-ekspert: “Hökümətin və yaxud da hər-hansı bir məmurun bazarda qiymətlə maraqlanması və qiymətdən narazı qalması nəticədir. Səbəblər isə kənarda qalır”

"Hökümət nə vaxt ki, qiymətlərə inzibati yollarla sərt nəzarət etməyi düşünürsə və bu yöndə addımlar atılırsa, bu həmişə əks effekt verir".

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli hökümət nümayəndələrinin bazarda apardıqları reydləri və onların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası icra katibi Əli Əhmədovla Kənd Təsərrüfatı naziri İman Kərimovun avqustun 22-də Bakıda kənd təsərrüfatı yarmarkası, “Yaşıl bazar” və supermarketlərdən birinə baxış keçirdiyi bildirilir.

Baş nazirin müavini satışa çıxarılan məhsullarının qiyməti, keyfiyyəti ilə maraqlanıb, satıcı və alıcıları dinləyib.

Xəbərə görə, Ə.Əhmədov satıcılardan birindən kartofun qiymətini soruşub. Agentliyin xəbərində qeyd edildiyinə görə, satıcıdan “2 manat” cavabını eşidincə, Ə.Əhmədov qiymətin baha olduğunu deyib. “Yayın ortasında 2 manata kartof olmaz”, - o qeyd edib.

Halbuki, Azərbaycan rəsmiləri son illər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Üstəlik, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri bu yaxınlarda demişdilər ki, yayda kartof və soğanın qiyməti ucuzlaşacaq. Həmin vaxt kartofun qiyməti 2 manatdan ucuz idi.

Bəs hökümət üzvlərinin bu cür reydləri barədə nədemək olar? Bu tipli reydlər bazarda qiymətlərin tənzimlənməsinə yardımçı olurmu?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Hökümət üzvlərinin bazarlarda reydlər aparması qiymətlərin tənzimlənməsində yardımçı olumur”.

Hökümətin kənd təsərrüfatı məsələlərində daha fundamental məsələlərə köklənməli olduğunu düşünən iqtisadçı-ekspert bildirib ki, birincisi Azərbaycanda əkinə yararlı torpaqların həcmi az, şoranlaşmış torpaqların həcmi çoxdur. Bəzi məlumatlara görə şoranlaşmış torpaqların həcmi az qala 40 faizə çatır. Həmin torpaqların təmizlənməsi ilə məşğul olmaq lazımdır ki, əkin yeri artsın:

“Hökümət üzvlərinin bazarlarda reydlər aparması qiymətlərin tənzimlənməsində yardımçı olumur. Çünki qiymət səbəb deyil, nəticədir. Yəni qiymətin hansı səviyyədə olması səbəb deyil nəticədir. Bilinməlidir ki, hansı problemlər var ki, qiymətlər bu səviyyəyə qalxıb. Buna görə də dövlətin əsas vəzifəsi səbəblərin aradan qaldırılması üçün addımların atılmasıdır. Statistika Komitəsi monitorinq aparın hökümətə vaxtı-vaxtında məlumat verməlidir. Əldə olunan nəticələri təhlil edərək bunun səbəblərinin aradan qaldırılması üçün yolların axtarılmalıdır.

Qeyd edim ki, hökümət nə vaxt ki, qiymətlərə inzibati yollarla sərt nəzarət etməyi düşünürsə və bu yöndə addımlar atılırsa, bu həmişə əks effekt verir. Daha yaxın zamanda Venesuellada baş verənləri də gördük. Venesuella höküməti qiymətlərin inzibati qaydada tənzimlənməsi ilə bağlı 3 il bundan öncə qərar verdi və qiyməti dövlət müəyyənləşməyə planladı. Təbii ki, iş adamlarına bu sərf etmədi və Venesuellada piştaxtalar boşaldı. Yüz minlərlə insanlar isə ərtaf ölkələrə, o cümlədən Kolimbiyaya alış-veriş üçün getdilər. Buna görə də dövlətin inzibati yolla qiymət müdaxiləsi yolverilməzdir.

Natiq Cəfərli: “Ölkədə suvarma ilə bağlı ciddi problemlər var. Suvarma problemi də həll olunmalıdır ki, bu məhsuldarlığa təsir etsin”.

Dövlət biznesə kömək etməli, rəqabət mühitin artırmalıdır. Rəqabət mühiti ciddi şəkildə oturuşmalıdır ki, qiymətlərin tənzimlənməsi iqtisadi qanunlara uyğun və qalıcı olsun. Dünyanın hər yerində qiymətlərin tənzimlənməsində ən yaxşı, ən etibarlı yol rəqabətli mühitdir. Rəqabətli mühit nə qədər çox artacaqsa, qiymətlərin tənzimlənməsi də o qədər effektli olacaq.

Eyni zamanda hökümət kənd təsərrüfatı məsələlərində daha fundamental məsələlərə köklənməlidir. Birincisi Azərbaycanda əkinə yararlı torpaqların həcmi az, şoranlaşmış torpaqların həcmi çoxdur. Bəzi məlumatlara görə şoranlaşmış torpaqların həcmi az qala 40 faizə çatır. Həmin torpaqların təmizlənməsi ilə məşğul olmaq lazımdır ki, əkin yeri artsın. Həmçinin ölkədə suvarma ilə bağlı ciddi problemlər var. Suvarma problemi də həll olunmalıdır ki, bu məhsuldarlığa təsir etsin.

Ərtaf ölkələrə görə məhsuldarlıq Azərbaycanda çox aşağıdır. Məhsuldarlığın qaldırılması üçün yeni texnologiyalara uyğun aqrotexniki qaydaların tətbiqi üçün fermerlərə treninqlər keçirilməlidir. Onlara doğru istiqamət verilməlidir. Yəni hökümətin işi budur. Hökümətin və yaxud da hər-hansı bir məmurun bazarda qiymətlə maraqlanması və qiymətdən narazı qalması nəticədir. Səbəblər isə kənarda qalır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar