Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökümət karantin günlərində vətəndaşların sosial müdafiəsini tam təmin edə bilir?

Pandemiya dönəmində hökümətin açıqladığı yardım paketini nə qədər dolğun və ədalətli hesab etmək olar?..

İqtisadçı-ekspert: “Bu gün biz görürük əslində hökümət ehtiyac içində olan vətəndaşlarına yardım etməmək üçün bütün imkanlardan yararlanır və bunun üçün sadəcə səbəb axtarır”.

“O adamlar ki, kölgə iqtisadiyyatda heç bir sosial sığortaya sahib olmadan günəmuzd çalışıb ailələrini dolandırırdılar, indi evlərində həbs olunmuş vəziyyətdədirlər. Hökümət isə onlara yardım etməkdən imtina edir”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli karantin dövründə dövlətin sosial siyasətini PİA.az-a şərh edərkən qeyd.

Məlumdur ki, ölkədə iyun, iyul aylarında sərt karantin rejimi tətbiq edilsə də, birdəfəlik ödəniş bir ay üçün ödəniləcək və əvvəl yardım alanların heç də hamısına ödəniş verilməyəcək. Daha əvvəl yardım ödənişi alqn insanların bəziləri siyahıdan çıxarılıb. Bilirik ki, hazırda işləmədiyinə görə çox ağır şəraitdə yaşayan ailələr var, amma həmin ailələr müxtəlif səbəblərdən, misal üçün adında köhnə avtomobil olması və yaxud adında nə vaxtsa VÖİN olması səbəbindən dövlətdən yardım ala bilmir. Halbuki həmin şəxslərin sosial vəziyyəti çox ağırdır. Kiçik və orta sahibkarların da araslnda da acınacaqlı vəziyyətdə olan çoxlu insanlar var.

Qeyd edək ki, son aylar redaksiyamıza yüzlərlə belə müraciətlər daxil olub. İnsanlar sadəcə adında nə vaxtsa maşın olduğuna görə yardımdan məhrum olmalarının səbəbini anlaya bilmirlər. Halbuku həmin maşınların bəziləri istifadəyə belə yararlı deyil və bəziləri isə utilizasiya belə olunub.

Hökümətin açıqladığı yardım paketini nə qədər dolğun və ədalətli hesab etmək olar? Həmçinin hökümət bu karantin günlərində öz vətəndaşlarının sosial müdafiəsini təmin edə bilirmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Azərbaycanda işsizliklərlə bağlı elan olunan statistika kifayət qədər etibar olunası statistika deyil”.

Pandemiya dönəmində insanların təcili tibbi yardım ilə xəstəxanaların arasında qaldıqlarını vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında dövlətin əhalini bu qədər resursları ilə başlı-başına buraxdığına təəssüf etdiyini bildirib. Nazim Nəydəmirlinin fikrincə Azərbaycanda işsizliklərlə bağlı elan olunan statistika kifayət qədər etibar olunası statistika deyil və əslində ehtiyacı oan insanlar dövlət yardımından məhrum ediliblər. Bu üzdən də ekspert hesab edir ki, evlərinə təcrid edilən vətəndaşlar sadəcə öz talelərinin ümidinə buraxılıb:

“Hesab edirəm ki, Nazirlər Kabineti tərəfindən sərt karantin rejimində vətəndaşlara verilən birdəfəlik ödəmənin qəbul edilməsi qərarı məcburi atılan addım idi. Yəni bu addım bütün dünya höküməylərinin atdıqları addımların fonunda atılmış bir addım idi və daha çox ictimai qınaqdan qaçmaq məqsədi ilə atılan addım oldu.

Məlumdur ki, elə rayonlar var ki, orada işsizlər qismın rəsmi qeydiyyatdadır. Amma elə rayonlar da var ki, orada rəsmi olaraq cəmi bir ya da bir neçə nəfər işsiz qeydiyyata alınıb. Bu rayonun rəhbərləri bununla göstərmək isyəyirdilər ki, onlarda güya hər şey olduğundan da qat-qat əladır. Sonradan, yəni karantin başlayanda ölkədə rəsmi işsizləri 80 min elan etdilər. Sonra isə məlum oldu ki, ölkədə 2 milyona yaxın işsiz var. Onların böyük qismi isə günəmuzd çalışanlardır. Amma bu da son hədd deyil. Azərbaycanda işsizlik səviyyəsi daha böyükdür. Azərbaycanda işsizliklərlə bağlı elan olunan statistika kifayət qədər etibar olunası statistika deyil.

Bu üzdən də pandemiya dönəmində ciddi sosial çatlar və problemlər ortaya çıxdı. O adamlar ki, kölgə iqtisadiyyatda heç bir sosial sığortaya sahib olmadan günəmuzd çalışıb ailələrini dolandırırdılar, indi evlərində həbs olunmuş vəziyyətdədirlər. Hökümət isə onlara yardım etməkdən imtina edir, sanki bu insanlar Azərbaycan vətəndaşı deyil.

Əvvəldən də ölkə əhalisinin ən kasıb təbəqəsi olan bu insanların vəziyyəti isə indi çox ağırdır. Demək olar ki, aclıq səviyyəsindəsirlər. Məncə pandemiya dönəmində hökümətin yardım paketi əsasən bu təbəqəyə ünvanlanmalıydı. Lakin hökümət bu təbəqəni ümumilikdə yardımdan məhrum etdi və bu da təbii ki, hökümətin yardlm paketinin yarımçıq olduğunu və məcburu xarakter daşıdığını ortaya qoydu. Bu gün də biz görürük əslində hökümət ehtiyac içində olan vətəndaşlarına yardım etməmək üçün bütün imkanlardan yararlanır və bunun üçün sadəcə səbəb axtarır.

Nazim Bəydəmirli: “Açıq şəkildə deyilməlidir ki, pandemiya dönəmində hökümətin sosial siyasəti iflasa uğrayıb”.

Buna görə də hesab edirəm ki, hökümət vətəndaşlara sahib çıxmadı və sahib çıxmamaqda da davam edir. Əslində ölkədə sosial yardımla bağlı heç nə yoxdur. Ona hörə də açıq şəkildə deyilməlidir ki, pandemiya dönəmində hökümətin sosial siyasəti iflasa uğrayıb.

Əlbəttə ki, müxtəlif nazirlər və məsuliyyətli şəxslər bizə gözəl rəqəmlər təqdim edə bilərlər. Lakin reallığın həmin rəqəmlərlə heç bir əlaqəsi yoxdur. Reallıqda vəziyyət çox bərbaddır və demək olar ki, evlərinə təcrid edilən vətəndaşlar öz talelərinin ümidinə buraxılıb. Artıq bir çox ailələrin maddi təminatı sıradan çıxarılıb. Onların hökümətə və dövlətə olan inamları, etimadları da sarsılıb.

Bu günümüzün ən böyük problemlərindən biri də pandemiyanın idarə olunması ilə bağlı problemdir. Pandemiyanın idarə olunması prosesləri çox bərbad vəziyyətdədir. Bu gün insanlar təcili tibbi yardım ilə xəstəxanaların arasında qalıblar. İnsanların müraciətləri isə ya sadəcə iqnor olunur, ya da qarşılanmır. Pandemiya dönəmində səhiyyə sistemində xaos və ikitirəlik baş alıb gedir. Bu azmış kimi, bu ağır günlərdə korrupsiya və sui-istifadə faktları açıqlanır. Bu isə sadəcə təəssüf doğurmaqla yanaşı ürək bulandırır.

Ölkədə modul tipli xəstəxanaların açılması haqda məlumatlar yayılır. Amma gələn müraciətlərdən məlum olur ki, istər modul xəstəxanalarda, istərsə də normal xəstəxanalarda vəziyyət çox acınacaqlıdır. Xəstəxanalarda sadəcə xaos hökm sürür və ikitirəlik səhiyyə sistemini sadəcə iflis edib. Artıq həkimlər də bu şəraitdə işləmək istəmirlər. Yüksək yoluxma riski altında çalışan həkimlərin bəziləri isə hətta bir neçə aydır ki, maaşlarını almadıqlarını iddia edirlər. Hesab edirəm ki, bütün bu iddilara həm TƏBİB, həm də Səhiyyə Nazirliyi açıqlama gətirməlidir.

Mən bir daha çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, dövlət əhalini bu qədər resursları ilə başlı-başına buraxıb”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar