Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökmdar üç oğluna birdən toy elədi

Dubay əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Məktum iyunun 6-da üç oğluna birdən toy edib

Virtualaz.org xəbər verir ki, toy Dubaydakı Ümumdünya Ticarət Mərkəzində baş tutub. Qonaqlar isə əsasən ərəb ölkələrindən olan yüksək rütbəli xaricilər olub. Xəbərlərə görə əl-Məktumun sərvəti ilə müqayisə olunanda onun oğlanlarının toyu “xeyli təvazökar” hesab edilə bilər.

Toyda MDB-dən də yüksək mənsəbli qonaqlar iştirak ediblər. “Azadlıq” radiosunun özbək xidməti xəbər verir ki, Özbəkistan prezidentinin 10 yaşlı oğlu Əlişir Mirziyayev və prezidentin iki kürəkəni-Oybek Tursunov və Otabek Umarov, habelə dövlət başçısının nəvəsi Miromon toyda olublar.

Bu fakt prezidentin kürəkəni Otabek Umarovun İnstagram səhifəsində toydan foto yerləşdirməsi nəticəsində məlum olub. Fotoda görünür ki, Dubay əmiri əlini Mirziyayevin oğlunun çiyninə qoyub, Özbəkistan dövlət başçısının kürəkəni isə təzə bəylərdən birinin yanında dayanıb.

Özbəkistan prezidentinin böyük kürəkəni Oybek Tursunov prezident administrasiyası rəhbərinin birinci müavinidir, ikinci kürəkəni Otabek Umarov isə prezidentin təhlükəsizlik Xidmətinin rəisinin birinci müavini işləyir.

Özbəkistanın həm indiki, həm keçmiş hakim elitasının Dubay əmiri ilə sıx münasibətləri var. Prezident Mirziyayev bu ilin martında Dubaya səfər edib və Şeyx əl-Məktumla “məhsuldar” danışıqlar aparıb. Bu danışıqların nəticəsi olaraq Dubay Özbəkistana 10 milyard dollar yatırmağa razılaşıb.

Özbəkistanın həm indiki, həm keçmiş hakimiyyətinin nümayəndələrinin Dubayda villaları, əmirliyin banklarında hesabları var.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar