Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hizbullah” Livandakı xalq hərəkatlarını təhdid edir...

Livanda 2 həftədir etiraz aksiyaları davam edir və “Hizbullah” lideri 3-cü dəfə xalqa çağırış edib...

Muhammed Zahid Gül
“Independent” qəzeti, 5 noyabr 2019-cu il

Bu çıxışlardan sonuncusu 1 noyabrda həyata keçirilib. O, Livandakı məzhəb liderləri arasında əvvala öz qrupuna, sonra da dolaylı şəkildə də olsa, etirazçılara ən çox xitab edən şəxs olub. Etirazçılara çağırış edən “Hizbullah” lideri dəstəkçilərinə etdiyi kimi, onlara da əmrlər verməyib. Nümayişçilərə dolaylı şəkildə xitab edən Həsən Nəsrullah vurğulayıb ki, etirazçılar ictimai və maliyyə tələblərini irəli sürməkdə haqlıdırlar. Lakin hökümətin, razılaşmanın və Livandakı siyasi sistemin devrilməsi ilə bağlı siyasi tələblər etməkdə haqsız olduqlarını bildirib.

Etirazçıların haqsız tələbləri barədə də danışan “Hizbullah” lideri qeyd edib ki, bu tələblər arasında əhv qanunu, ictimai malların yağmalanması və qanunsuzluq edənlər barədə bir qanun hazırlanması, yeni seçki qanununun təqdim edilməsi var. O qeyd edib ki, bu tələblərin reallaşması mümkün deyil.

Nümayişçilərin rejim tərəfindən dəstəklənən islahatlar tələb etməli olduğunu bildirən lider əlavə edib ki, əks halda ölkə xaosa, iflasa və rejimin çöküşünə doğru sürüklənəcək və əgər belə bir şey baş versə, həm məmurlar maaşlarını ala bilməyəcək, həm də vətəndaşlar yemək belə tapa bilməyəcəklər.

Nəsrullah hər 3 niqtində də nümayişçiləri qorxutmaq üçün bu təhdidlərini təkrarlayıb. Həmçinin, o, xalq hərəkatlarının 13-cü günündə çıxış edərkən baş nazirin istefasına da etiraz edib.

Baş nazir Saad əl-Hariri də əvvəlki hökümətin dövründə Cibran Basilə və ona qarşı göstərilən təzyiqlərə fikir verməyib və bildirib ki, ən yaxşı yol hökümətin xalqın tələblərinə cavab verməsi və ölkədəki durumu düzəltməsi üçün toplantılar keçirməsidir.

Nəsrullah hər üç nitqində də bildirib ki, Hizbullah Livandakı siyasi qüvvələr arasında ən güclüsüdür. Hətta rejim devrilsə, ordunun ölkəni idarə edə bilməyəcəyini və “Hizbullah”ın xalqın tələblərinə cavab verərək güclü siyasi və hərbi rejim quracağını da vurğulayıb.

Nəsrullah bu sözləri ilə xalq hərəkatını idarə edən qüvvələrə bildirib ki, onlar “Hizbullah”ı bitirə bilməyəcəklər. “Hizbullah” lideri əlavə edib ki, onun partiyası əvvəlki hökümətlərin uğursuzluğunun məsuliyyətini daşımır.

Digər tərəfdən də, Livandakı siyasi durumu izləyən hər kəs bilir ki, prezident Mişel Avn və kürəkəni olan Xarici İşlər naziri Cibran Basilin liderlik etdiyi Azad Vətənpərvərlər Partiyası ilə bağlanan ittifaq və razılaşma nəticəsində ölkə bu hala düşüb.

Bu razılaşmada qeyd edilib ki, nazirlər və millət vəkilləri ölkəni düşdüyü siyasi və iqtisadi böhrandan xilas edəcək bir siyasət izləməkdə heç bir köməklik göstərmirlər.

ABŞ tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar ucbatından iflic olan “Hizbullah” Vaşinqtonu Livanı parçalamağa və zəiflətməyə çalışmaqda ittiham edir. Buna görə də, ABŞ diktaturasını rədd etmək çağırışı edib. Bu da dolaylı olaraq xalq hərəkatlarını ABŞ-ın və İsrailin planlarına uyğunlaşmaqda günahlandırmış olur.

“Hizbullah” vurğulayıb ki, ABŞ-ın iqtisadi təzyiqləri gələcəkdə öz şərtlərində dirənməsinə və mənfi yöndə layihələr hədəfləməsinə səbəb olacaq.

Hökümətdən milli hegemoniya tələb edən Nəsrullah hər 3 nitqində də müxtəlif formalarda eyni ittihamlara davam edib. Ola bilsin ki, xalq hərəkatlarını ABŞ və İsrail-lə əlaqələndirərək bunu insanların beyninə yeritməyə çalışır. Lakin Nəsrullahın əsas təhdid etdiyi qisimlər xalq hərəkatlarını açıq şəkildə göstərən cəsarətli media orqanlarıdır.

Nəsrullah, həmçinin, Livan vətəndaşlarının qanunsuzluq edənləri təhqir etməsi barədə də öz tənqidlərini bildirib. Bunun heç də əxlaqi olmadığını deyən “Hizbullah” lideri qeyd edib ki, bu cür davranışlar xalqın bir-birinə nifrət etməsinə səbəb olacaq.

Xalqın qanunsuzluq edənləri boykot etmək üçün küçələrə axışmasını və nazirlərlə millət vəkillərinin öz aralarındakı ittihamlarını görməzdən gələn Nəsrullah bu kasıb etirazçıların hər şeydən əvvəl onu, partiyasını və üzvlərini söyməkdən əl çəkməsini istəyir?

Kasıblıq, işsizlik və aclıq şiə, sünni, dürzi, müsəlman ya da xristian arasında fərq qoymur.

Nümayişçilər arasında hər məzhəbdən və qrupdan kasıb vətəndaşlar var və hamısı digərlərinə olduğu kimi öz məzhəb liderlərinə də lənət oxuyurlar.

Həsən Nəsrullahın bu 3 çıxışı onun ən çox qorxan liderlərdən biri olduğunu göstərir. Nəsrullahın çıxışlarına diqqət yetirdikdə aydın olur ki, qəzəbi daha da soyuyur və sözləri yumşalır. Niqtlərində tez-tez ya xalq hərəkatlarını hədəf alır, ya da lazım gəldikdə etirazçıları hədəf alaraq zərbə endirmək üçün bəhanələr axtarır. Hər çıxışında da xalq hərəkatlarının ABŞ-a uyğunlaşaraq Livana qarşı sui-qəsd planladığını deməyə davam edir. Nəsrullah həm də öz partiyasının gücünü və hərbi nüfuzunu də tərifləyib. Hər dəfə də günahı köhnə hökümətlərin boynuna ataraq məsuliyyətdən boyun qaçırmağa çalışır.

Son mesajı ilə də azad Livan mediasını əxlaqsızlıq və bu kimi başqa səbəblərlə təhdid edib. Bu təhdidlər isə ondan ibarətdir ki, bu mərhələ hökümət heç bir islahat etmədən bitdiyi halda, media sonradan “Hizbullah” ittifaqı və Azad Vətənpərvər Partiyasını hədəf alacaq xalq hərəkatlarını yayımlamasın.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar